kanal1

Samir Şərifov getməsə, o da tərpənməyəcək... - GİZLİ OLİQARX...

Tarix:20-09-2024, 12:04
Baxış Sayı:0

Samir Şərifov getməsə, o da tərpənməyəcək... - GİZLİ OLİQARX...

Azərbaycanda məmurların vəzifə səlahiyyətlərindən istifadə edərək ciddi var-dövlət əldə etmələri artıq adi hala çevrilib. Belə məmurlardan biri də hazırda Maliyyə Nazirliyi Dövlət aparatının maliyyə şöbəsinin müdiri Xaqani Rzayevdir.

Uzun müddət Maliyyə Nazirliyi Aparatının Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri, 2019-cu ildən 2022-ci ilə qədər isə Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi vəzifəsində işləyən Xaqani Rzayevin həm ölkə daxilində, həmdə xaricdə biznesinin olması barədə ölkə mətbuatında təkzibedilməyən məlumatlar yayılıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, Maliyyə Nazirliyində "oliqarx məmur" kimi tanınan Xaqani Rzayevin 66 yaşı olmasına baxmayaraq, hələ də ciddi vəzifə sahibidir. Maliyyə Nazirliyi Dövlət aparatının maliyyə şöbəsinin müdiri ilə bağlı mətbuatda yayılan məlumatlarda bildirilir ki, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı keçirilən tenderlərdə məhz Xəqani Rzayevin yaxın adamları olan bir neçə daimi qaliblər var.

Hansı ki, həmin şəxslər müxtəlif adlarla çoxlu sayda şirkətlər yaradaraq bir çox qurumların tenderlərində iştirak edib "qalib” olurlar. Xaqani Rzayevin himayədarlığı nəticəsində daimi tenderleri udan şirkət rəhbərləri sözün həqiqi mənasında dövlət vəsaitlərinin hesabına oliqarxlara çevriliblər.

Bu şirkətlərin əldə etdikləri qazancın bir hissəsini Xaqani Rzayevə şapka kimi verdiklərini isə bilməyən yoxdur. Bildirilir ki, Xaqani Rzayev Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi vəzifəsində işlədiyi dövrdə tender şirkətləri ilə yaratdığı gizli anlaşma hələ davam edir.

Dövlətin pulları hesabına milyonçu "oliqarx" məmura çevrilən şöbə müdiri yüksək vəzifəli himayədarlarının sayəsində uzun müddətdir ki, toxunulmaz şəxsə çevrilib.

Milyonçu məmur Xaqani Rzayevin böyük oğlu İslam Rzayev tez-tez Londona səfər edir. Onun 2012-ci ildə Londonda təsis etdiyi IC UNİSTON LTD adlı şirkəti var. Şirkətin hüquqi ünvanı London G-05 Davenport House, 16 Paperstr qeyd edilib. 2023-cü ilin göstəricilərinə görə IC UNİSTON LTD şirkətin 317000 funt strelinq aktivləri var.

İslam Rzyevin bundan başqa Bakı şəhərində bir neçə şirkətə və obyektlərə sahib olduğu deyilir. Digər oğlu Cəbrayıl Rzayev Xarici işlər nazirliyində, qızı Elina Rzayeva isə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyində işləyir.

Məlumata görə Xaqani Rzayevin övladlarının hər birinin adına çoxlu sayda mülklər mövcuddur. P.S. Xüsusilə qeyd edək ki, Xəqani Rzayevin oğlanları ən son model Maserati və BMW, qızı isə Lexus markalı avtomobillərə sahibdir həmçinin hal-hazırda idarə edirlər.

"Azərbaycan Reallığı"

İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Azərbaycanda Milli Qurtuluş Günüdür
Azərbaycanda Milli Qurtuluş Günüdür
Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!