kanal1

Seymur Orucov şəhid anasının problemini niyə həll etmir?

Tarix:19-09-2024, 09:38
Baxış Sayı:11

Seymur Orucov şəhid anasının problemini niyə həll etmir?

Seymur Orucov şəhid anasının problemini niyə həll etmir? - Şəhid anası Nabat Rzayeva Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovdan şikayətçidir.

Şəhid anası Qaynarinfo-ya ünvanladığı müraciətdə yazır ki, Ağstafa rayonunun Eynallı kəndində yaşayan qızı Həmayə Mustafayevanın yaşadığı ev təbii fəlakət nəticəsində yararsız vəziyyətə düşüb.

Nabat Rzayevanın sözlərinə görə, qızının Birinci Qarabağ savaşının veteranı olan həyat yoldaşı dünyasını dəyişib. Bu baxımdan, onun maddi vəziyyəti çətinləşib.

"Qızımın maddi vəziyyəti çətinləşdiyindən yararsız hala düşmüş evini təmir etmək imkanı yoxdur. Digər tərəfdən, təbii fəlakət nəticəsində evləri zərər çəkmiş vətəndaşlara dövlət yardım edir. Biz digər bölgələrdə bunun şahidi olmuşuq. Mən də düşündüm ki, yardım üçün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova müraciət edim. Amma müraciətimə cavab gəldi ki, imkanımız yoxdur. Mən icra hakimiyyətindən qızıma dəbdəli imarət, villa tikməyi xahiş etmirəm axı. Bir evi sadəcə yaşamaq üçün normal hala gətirmək nə böyük işdir ki?", - şəhid anası müraciətində yazıb.

Şikayətçi hesab edir ki, Ağstafa Rayon İcra Hakimiyyəti sadəcə məsələyə biganə yanaşıb: "Düşünürəm ki, imkanın olmaması barədə deyilənlər sadəcə bəhanədir. Bir daha təkrar edirəm ki, mən yeni ev tikilməsini, qızıma villa verilməsini istəmirəm. Zədələnmiş evin təmirini istəyirəm ki, bu da o qədər böyük xərc aparmaz".

Nabat Rzayeva sonda qeyd edib ki, icra hakimiyyətinin məlum cavabından sonra yuxarı instansiyalara müraciət etməyi düşünür:

"Mən şəhid anasıyam. Qızımın mərhum həyat yoldaşı isə Birinci Qarabağ savaşının iştirakçısı olub. Ümid edirəm ki, ölkə rəhbərliyi Ağstafanın icra başçısı Seymur Orucovdan fərqli olaraq müraciətimə biganə qalmaqacaq".

Seymur Orucov 2020-ci ildən Ağstafaya rəhbərlik edir.

İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Azərbaycanda Milli Qurtuluş Günüdür
Azərbaycanda Milli Qurtuluş Günüdür
Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!