kanal1

Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı - DETALLAR

Tarix:16-09-2024, 19:24
Baxış Sayı:0


Sabiq deputat Fəzail Ağamalının qızı Günay Ağamalıya məxsus olan "Buta" bağçası satılır.

"Unikal"ın əldə etdiyi məlumata görə, şirkət hazır biznes olaraq satılır. Belə ki, MMC və lisenziyanın qiyməti 120 min manatdır. Əşyalar isə əlavə 15 min manata təklif olunur.

Şirkətdən saytımıza verilən açıqlamada bildirilib ki, bağçanın öz binası olmayıb:

"Biz bağçanın binasını icarə əsasında işlədirdik. Təzəlikcə özümüz üçün paytaxtın Həsən Əliyev küçəsində yeni bina tikirdik. Oranı bağça üçün nəzərdə tutmuşduq. Zirzəmi və 1-ci mərtəbəsi tikilib.

Tikili yarımçıq olsa da, bütün sənədləri hazırdır. 4,5 sotun içərisindədir. Qeyri-yaşayış sahəsi kimi orada istənilən bir obyekti yaratmaq mümkündür. Onun qiyməti isə 1 milyon 500 min manatdır".

Qeyd edək ki, Günay Ağamalı 1 sentyabr 2024-cü il tarixində keçirilən parlament seçkilərində 65 Saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsindən deputat seçilib.

İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Azərbaycanda Milli Qurtuluş Günüdür
Azərbaycanda Milli Qurtuluş Günüdür
Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!