Nərimanovun İcra başçısından şikayət-İşçilərin pulunu mənimsəyib-başlıqlı bir neçə saytlarda neqativ yazılar dərc edilməkdə davam edir. Və maraqlısı budur ki,başlıqda İcra başçısından ölkə rəhbərinə ünvanlanan şikayət adı altında qeyd olunsa da,yazıdakı iddia tamam başqadır. Elə buradan açıq aşkar məlum olur ki, yazı tam şantaj xarakteri daşıyır.
Göründüyü kimi başlıq İcra başçısının işçilərin pulunu mənimsəməsindən xəbər versə də, hədəf məhz Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Manaf Manafovdur. Bir sözlə yazının başlığı bir söz deyir, olunan iddia başqa söz...
Yəni cənab başçı Elgin Həbibullayevin adı başlıqda işçilərin pulunu mənimsəməkdə hallansa da, yazını oxuduğumuz zaman görürük ki, burada sözün həqiqi mənasında təriflənib...
Təəssüflər olsun ki, son zamanlar həmkarlarım arasında da hər hansı bir məmurun işinə, gördüyü xeyirxah əməllərə ləkə gətirəcək yazılara tez-tez rast gəlirik. Doğrusu, belə olduğu halda açıq aydın görmək olur ki, bir çox sahələrdə olduğu kimi jurnalistika sahəsində də bügünkü vəziyyət heç də xoşagələn deyil. Və belələrinə qarşı mübarizə aparmaq,onların hədəf seçdiyi məmur elitasına qarşı fikir bildirmək məsuliyyətini bu gün bir yazar olaraq öz üzərimə götürməyi mənəvi borc bildim.
Doğrusu, bu gün sosial şəbəkələrdə haqqında rast gəlinən həmin məmur hər kəsin yaxşı tanıdığı, 44 günlük İkinci Vətən müharibəsində arxa cəbhədə öz dəstəyini yüksək dərəcədə göstərən, müharibə zamanı səngərdə olan əsgər ailələrinin yanında olan,hazırkı günə kimi şəhid ailələrinə, qazilərimizə hər zaman dəstək olan bir insan haqqında neqativ fikir bildirilməsi bir yazar olaraq məni məyus etdi.
O insanı siz də tanıyırsınız dəyərli İctimailider.az oxucuları.
Mən tam əminliklə deyə bilərəm ki, Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Manaf Manafov haqqında söylənilənlər öz təsdiqini tapmayan, necə deyərlər, şikayətçinin şəxsi mənafeyi uğrunda qələmə alınan sözlərdir.
Son zamanlar sosial şəbəkələrdə bu insan haqqında yayımlanan,eləcə də, Şəki şəhər Baş Göynük kəndində qeydiyyatda olan,Bakı şəhəri Nizami rayonu, "Nəbz" Klinikasının arxasında müvəqqəti yaşayan (kirayə) yaşadığı qeyd olunan Mustafayev Toğrul Kərim oğlu tərəfindən ölkə rəhbəri cənab İlham Əliyevə ünvanlandığı qeyd olunan şikayət məktubunda iddia olunan ərizədə "Nərimanov" parkında gördüyü işlərin müqabilində on beş min manat (15 000 AZN) zəhmət haqqısını ala bilməməsi giley dolu yazılar
mən deyərdim ki, şantaj xarakteri daşıyır.
Manaf Manafov bəzi vəzifə sahiblərindən fərqli olaraq oliqarx məmur deyil, sadə həyat tərzi keçirən bir şəxsdir. Əldə etdiyimiz məlumatlara görə, o, bir çoxları kimi hansısa vəzifəyə sahib olmaq uğrunda mübarizə aparmayıb, məhz ona daşıdığı vəzifəsi həvalə olunub. Bu da adı çəkilən vəzifə sahibinə rəhbərliyin bəslədiyi münasibətdən irəli gələn addımdır. Odur ki, bu şəxs haqqında şər-böhtan yazmaq, barəsində əsassız açıqlamalar dərc etdirmək əslində heç bir qanuna sığmır. Həmçinin, belə bir şəxsin məmur nüfuzuna xələl gətirməyə çalışmaq, heç bir fakta, sübuta əsaslanmadan şantaj xarakterli məlumatlar yaymaq və s.onu sübut edir ki, məqalə müəllifləri çirkin məqsədlərə xidmət edirlər. Apardığımız araşdırma zamanı o da məlum oldu ki, əsassız açıqlamalar dərc edən saytlar bəzi vəzifə sahiblərinin sifarişlərini yerinə yetirir, amma onu dərk etmirlər ki, onlar heç də uzağa gedə bilməyəcəklər.
Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Manaf Manafovun daşıdığı vəzifə heç də sıradan bir vəzifə deyil.
Açıq şəkildə qeyd edək ki, gördüyü işlərlə, rəhbərliyin etimad və etibarını qazanan, həyata keçirdiyi idarəçiliyi bəlkə də çoxlarına örnək olan bu şəxslə bağlı tənqidi açıqlamalar dərc etməzdən öncə fikirləşmək lazımdır ki, ağa ağ, qaraya qara demək lazımdır.