kanal1

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinin YUMURTA FIRLDAĞI - Rüşvət vermirsənsə...

Tarix:6-09-2024, 12:39
Baxış Sayı:1


Rəsmi məlumata görə, ötən ay Naxçıvanda 207 min yumurta yarasız adı altında müsadirə olunub. Bu yumurtaların hamısı Naxçıvandan kənarda istehsal olunub və yerli sahibkarlar tərəfindən Naxçıvana gətirilib. Həmin sahibkarlar isə yumurtaların keyfiyyətli olduğunu, standartlara cavab verdiyini bildirirlər. Sahibkarlar həm də iddia edirlər ki, onlardan müsadirə olunan yumurtalar Naxçıvan Dövlət Gida Təhlükəsizliyi əməkdaşlarının əli ilə dükanlarda satışa çıxarılır.
Sahibkar K.M. deyir ki, Bakıdan gətirdiyi yumurtaların satışına icazə üçün agentlik əməkdaşları ondan rüşvət tələb ediblər. O, rüşvət verməkdən imtina etdikdən bir gün sonra 50 min ədəd yumurtası zorla əlindən alınıb:
“Yumurtanın maya dəyərinin iki qatın qədər qiymət oxudular. Məqsədləri odur ki, kənardan yumurta gətirilməsin, öz monopoliyalarında olan keyfiyyətsiz yerli yumurtaları satılsın. Bizim gətirdiyimiz yumurtalar həm böyükdü, həm də dadlı. Yerli sakinlər də bəyənirlər. Əgər yarasızdırsa, niyə bizdən müsadirə edib, dükanlarda satdırırlar. 50 min ədə yumurtamı müsadiə etdilər ki, guya məhv olunacaq. Cəmi 500-600 yumurtanı yandırıb, nümayiş üçün videoya çəkdilər, qalanını satışa çıxardılar. 10 min manata yaxın ziyana saldılar məni. Tək mən deyiləm, başqa sahibkarların da başına eyni oyunu açıblar”.
Yerli sakinlər də kənardan gətirilən yumurtaların bazardan yığışdırılmasından narazıdırlar. Naxçıvan şəhər sakini Validə Babayeva deyir ki, bu yumurtalar daha ucuz və daha keyfiyyətlidirlər:
“Yerli yumurtalar çox keyfiyyətsizdir. Çox vaxt qırırsan, içi xarab çıxır. Dadı yox, qiyməti isə bahadır. Bakıdan gətirilən yumurtalar isə, həm iri, həm də dadlıdır. Hamısı oyundur. Toyuq fermalarının hərəsi bir məmura məxsusdur. Gördülər ki, maları satılmır, tez qıraqdan gələnə qadağa qoydular. Onları insanların güzaranı yox, öz cibləri düşündürür”.

Gündəlik Naxçıvan

Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
“AzToyuq” MMC-nin vergi borcu yaranıb
“AzToyuq” MMC-nin vergi borcu yaranıb
Milli Qurtuluş Günü – Xilasa aparan yolun adı
Milli Qurtuluş Günü – Xilasa aparan yolun adı
Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?