kanal1

Ağdamda üç tender ləğv edildi, İH-ə xəbərdarlıq olundu - NƏ BAŞ VERİR?

Tarix:5-09-2024, 16:15
Baxış Sayı:0


Ağdam rayon İcra Hakimiyyətinin son iki gündə daha üç tenderinin nəticəsi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, həmin tenderlərdən biri Ağdam rayon Əfətli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin İnzibati binasının cari təmiri ilə bağlı olub.
Bunun üçün 70.000 manat nəzərdə tutulsa da, proses reallaşmayıb.
İcra Hakimiyyətinin ikinci ləğv olunan tenderi isə Ağdam rayon Əhmədağalı kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin inzibati binasının əsaslı təmiri ilə bağlıdır. Bu tenderin də məbləği 70.000 manat olubmuş.
Üçüncü tender Ağdam rayon ərazisində abadlaşdırma (yaşıllaşdırma) işlərinin görülməsini ehtiva edib. 298.500 manatlıq işlərin görülməsi Ağdam İcra Hakimiyyətinin arzusu olsa da, buna da razılıq verilməyib.
Qeyd edək ki, hər üç tenderin ləğv edilməsinə səbəb nəzarət edən orqanın prosesi məqabul hesab etməməsi olub. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hər üç tender üçün nəzərədə tutulmuş məbləğin şişirdildiyini, reallığı əks etdirmədiyini, qiymətləndirmənin düzgün aparılmadığını qeyd edib. Güman etmək olar ki, Ağdam İcra Hakimiyyəti məqsədli şəkildə qiymətləri şişirdərək, ondan qazanc güdmək niyyətində olub.
Bundan başqa, nəzrətçi dövlət qurumunun İcra Hakimiyyətinə xəbərdarlıq etdiyinə dair məlumat da var. Bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Ağdam rəhbərliyinə xəbərdarlıq edib ki, belə hallar bir daha təkrarlanmasın.
Xatırladaq ki, bu hadisə ilk deyil. Elə dünən Ağdam rayon İcra Hakimiyyətinin daha iki tenderi ləğv olunub. Həmin tenderlərin də ləğvinə səbəb qiymətləndirmənin düzgün aparılmaması və məbləğin süni şəkildə şişirdilməsi olub.

Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
“AzToyuq” MMC-nin vergi borcu yaranıb
“AzToyuq” MMC-nin vergi borcu yaranıb
Milli Qurtuluş Günü – Xilasa aparan yolun adı
Milli Qurtuluş Günü – Xilasa aparan yolun adı
Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?