kanal1

İsmayıllıda saxlanılan məmur polkovnik-leytenant imiş

Tarix:4-09-2024, 17:25
Baxış Sayı:6


Xəbər verdiyimiz kimi, İsmayıllı rayonunda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib. Baş Prokuror yanında Korrupsiya İdarəsinə rayonun bir sıra vəzifəli şəxslərinin qanun pozuntularına yol verməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyat nəticəsində Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov saxlanılıb.

Saxlanılan məmur İsmayıllı rayonunun Qoşakənd kəndinin sakinidir.

O, 15 mart 1974-cü ildə Özbəkistan Respublikası Daşkənd vilayətinin Buka rayonunda anadan olub. 1996-cı il tarixində Bakı Ali Birləşmiş Komandirlər məktəbinin taktiki motoatıcı qoşunları komandiri (zirehli tank və avtomobil texnikasının istismarı üzrə mühəndis) ixtisasi üzrə təhsilini müvəffəqiyyətlə başa vurub. 1992-2016-cı illərdə Azərbaycan ordusunda müxtəlif hərbi vəzifələr üzrə ön cəbhədə xidmət etmiş Ə.Süleymanov 2016-cı ildə polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılıb.

22 iyun 2006-cı il tarixində “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 26 iyun 2008-ci il tarixində “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, 05 iyul 2019-cu il tarixində “FƏDAİ” medallarına layiq görülüb. II qrup Qarabağ Müharibəsi əlilidir. 15 may 2020-ci il tarixindən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş mütəxəssis-komendant vəzifəsində çalışıb, 2021-ci ildə İH başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib. Ailəlidir, 3 övladı var.(Modern)

Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
“AzToyuq” MMC-nin vergi borcu yaranıb
“AzToyuq” MMC-nin vergi borcu yaranıb
Milli Qurtuluş Günü – Xilasa aparan yolun adı
Milli Qurtuluş Günü – Xilasa aparan yolun adı
Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?