kanal1

Xanlar Mustafayev Naxçıvanda YENİ XANLIQ EŞQİNƏ DÜŞÜB? - Sahibkar ETİRAZ EDİR...

Tarix:4-09-2024, 15:28
Baxış Sayı:2


Naxçıvanda yeniləçən hakimiyyət dairələrinə ilk əvvəl müəyyən qədər də olsa vətəndaş inamı var idisə, artıq bu ümidlər də sıradan çıxıb. Hər halda, Dia-az.İnfo olaraq hər gün Muxtar Respublikadan aldığımız şikayətlərin intensivliyi belə deməyə əsas verir. Dərd orasıdır ki, şikayətə səbəb olanlar məhz YENİLƏRDİR - YENİ KADRLAR... Beləliklə, üzləşdiyi acınacaqlı durumdan cana doyan sahibkarın gileyini təqdim edirik...

Növbəti vətəndaş şikayətində deyilir: "Mən Şərur rayonunun Çərçiboğan kənd sakini Abbasov Raiq Kərim oğlu Naxçıvan Ekologiya və Təbii Sərvətlər naziri Xanlar Mustafayevdən şikayətçiyəm.

Gəldiyi gündən bu günə kimi sahibkarlara divan tutan bu nazir artıq 2 ildir ki, dağlıq ərazilərdən qum çıxaran sahibkarları hədəfinə çevirib, onlara qarşı süni maneələr yaratmaqdadır.

- Qanunsuz olaraq fəaliyyət üçün tələb olunan icazə sənədini vermir;
- Tez-tez sahibkarları əsassız olaraq cərimələtdirir;
- Sahibkaralar əməlli-başlı aylıq "racon" kəsib və təbii ki, bui pulu verməyən işləyə bilməz...

Bunun da nəticəsində təbii ki, iş yerləri hesab olunan qum karxanaları bağlanmaq zorunda qalır və yüzlərlə Naxçıvan sakini Türkiyəyə köçmək zorunda qalıb. Xanlar Mustafayevin qanunsuzluqları, süni maneələri səbəbindən neçə-neçə insanımız iş yerini, dolanışıq yerini itirib.

Sabah müharibə olacaqsa... Naxçıvandan əlinizi üzün... çünki buralarda yaşamağa imkan vermirlər, buralarda əhali qalmayıb... Ona görə də buralardan DÖYÜŞÇÜ GÖZLƏMƏYİN..."​​​​

Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
“AzToyuq” MMC-nin vergi borcu yaranıb
“AzToyuq” MMC-nin vergi borcu yaranıb
Milli Qurtuluş Günü – Xilasa aparan yolun adı
Milli Qurtuluş Günü – Xilasa aparan yolun adı
Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?