kanal1

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi

Tarix:3-09-2024, 18:31
Baxış Sayı:0


"Conco" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) direktoru, iş adamı İlham Şıxseyidov cərimələnib.

Dövlət Əmək Müfəttişliyi Xidməti İlham Şıxseyidova İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb.

Bu maddə əmək qanunvericiliyinin pozulması ilə bağlıdır. Maddədə qeyd edilir ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmasına görə fiziki şəxslər 1 000 manatdan 2 000 manatadək, vəzifəli şəxslər 3 000 manatdan 5 000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.

İlham Şıxseyidov dövlət qurumunun qərarından məhkəməyə şikayət verib. Onun şikayətinə Nərimanov Rayon Məhkəməsində baxılacaq. Xalidə Əlisoy iş üzrə hakim təyin edilib.

"Conco" QSC 3 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 000 manatdır. Şirkət dövlət satınalmalarında fəal iştirak edir. Şirkət ötən il Elm və Təhsil Nazirliyinin 18 milyonluq tenderinin qalibi seçilib. Tender Şuşa Real Məktəbinin binasının bərpası işlərinin satın alınması ilə bağlı olub. Bundan bir il əvvəl isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin şəhərdə 8 yaşayış binasının tikintisi ilə əlaqədar 15 milyon manatlıq tenderin qalibi seçilib.(Oxu.az)

Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
“AzToyuq” MMC-nin vergi borcu yaranıb
“AzToyuq” MMC-nin vergi borcu yaranıb
Milli Qurtuluş Günü – Xilasa aparan yolun adı
Milli Qurtuluş Günü – Xilasa aparan yolun adı
Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?