kanal1

Prezidentə müraciət: Laçınlılar rüşvətxor namizəd Rövşən Şahbazovu İFŞA ETDİ

Tarix:30-08-2024, 17:21
Baxış Sayı:4


Bir neçə gün öncə redaksiyamıza Laçın rayon sakinlərindən müraciətlər daxil olub. Laçınlılar redaksiyamız vasitəsilə cənab Prezidentə müraciət edərək Laçın rayonunda görülən abadlıq işləri ilə bağlı dərin minnətdarlığını bildiriblər. Müraciət sahibləri Hörmətli Prezident İlham Əliyev cənablarını hər zaman dəstəklədiklərini və bundan sonra da ölkə başçısının siyasi kursuna sadiq olacaqlarını ifadə ediblər.
Qarşıdan gələn 1 sentyabr növbədənkənar Parlament seçkilərində iştirak edəcəklərini əminliklə ifadə edən laçınlılar bəzi dələduz şəxslərin Milli Məclisdə Laçını təmsil etməyə çalışmalarına və rayondan namizəd kimi təqdim olunmalarına biganə qala bilmirlər. Onlar müraciətlərində qeyd edir:
“Cənab Prezident. Qarşıdan gələn növbədənkənar Parlament seçkilərində 121 saylı Laçın seçki dairəsindən namizədliyini irəli sürən Muradov Rövşən Şahbaz oğlunun keçmişinə nəzər salanda məlum olur ki, bu şəxs daim ölkə başçısının siyasi kursuna qarşı çıxıb və onunla bir əqidədə olan radikal müxalifətlə işbirliyində olub. Rövşən Muradovun atası Şahbaz Muradov Laçın işğal altında olan zamanda həmişə laçınlılar tərəfindən məclislərdən qovulub. Bu da səbəbsiz deyil. Şahbaz Muradov Azərbaycan İqtisad Universitetində dərs deyib. Universitetdə çalışdığı dövrdə rüşvətxor müəllim kimi tanınıb. Ali Atestasiya Komissiyasında işlədiyi müddətdə rüşvət aldığı üçün vəzifəsindən qovulub. Şahbaz Muradovun oğlu da İqtisad Universitetində rüşvət qalmaqalına görə təhsil ocağından xaric edilib.
Şahbaz Muradovun çirkin əməlləri bununla bitmir. Azərbaycanda A.Vəzirovun birinci katib olduğu dönəmdə Şahbaz Muradov “Quru Cay” adlı Cəmiyyət yaratmış və həmsədr kimi fəaliyyət göstərmişdir. Radikal müxalifət nümayəndələri – İsa Qəmbərin atasını, Cəmil Əlibəyli, Sehran Səxavət və bu kimiləri ilə bir təşkilatda dövlətə qarşı fəaliyyət göstərən Ş.Muradov Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini həzm edə bilməmiş və o dövrdə aparılan çirkin kampaniyalara başçılıq etmişdir.
İndi Şahbaz Muradovun oğlu rüxşətxor bir müəllim Rövşən Muradovun Milli Məclisdə laçınlıları təmsil etməyə çalışması bizi narahat edir. Xatırladaq ki, 2023 – cü ildə laçınlılarla görüş zamanı Ş.Muradov oğlunun xahişini etmişdi. İndi oğlu deputatlığa namizəd Rövşən Muradov 30 nəfər yaxın adamını avtobusa mindirərək kənd kənd gəzir və güya görüşlər keçirir. Halbuki, laçınlılar Rövşən Muradov kimi birini öz sıralarında görmək istəmir və bu şəxsin rüşvətxor və çirkin əməllərindən məlumatlıdırlar. Radikal müxalifət tərəfindən dəstəklənən Ravşən Muradov adlı birinin Laçında istədiyi kimi davranması və ona belə şəraitin yaradılması etirazlara səbəb olmaqdadır.Gah Əli Kərimlinin yaxın ətrafı ilə, gah da İsa Qəmbərin dostları ilə məclislərdə stəkanları toqquşduran Rövşən Şahbazov adlı birinin Laçın adı ilə parlamentdə təmsil olunması bizə təhqir hesab oluna bilər. Ümid edirik ki, saxtakar, hakimiyyətə qarşı radikal cəbhədə yer alan, əqidəsiz birinin seçkidə həyata keçirdiyi saxtakarlığa qarşı tədbirlər görüləcək və Ulu Öndərin siyasətinə qarşı olan Şahbaz Muradovun oğlu Rüstəm Muradovun “Laçınlılar istəməsə belə mənim deputatlığıma razılıq verilib” – fikirlərinin həqiqət olmadığı üzə çıxacaqdır.”
Bizdə laçınlıların müraciətinə qoşulur və Laçına layiq olan bir namizədin seçkidə qalib olacağına ümid edirik. Rövşən Muradov kimilərin isə cəzalanacağına şübhəmiz yoxdur.
Mövzuya qayıdacağıq.
BakuNews.az

Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
“AzToyuq” MMC-nin vergi borcu yaranıb
“AzToyuq” MMC-nin vergi borcu yaranıb
Milli Qurtuluş Günü – Xilasa aparan yolun adı
Milli Qurtuluş Günü – Xilasa aparan yolun adı
Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?