kanal1

İqbal Məmmədovun “Relax”ı əl dəyişdirir?

Tarix:30-08-2024, 15:50
Baxış Sayı:0


İstirahət Mərkəzinin əl dəyişdirəcəyi deyilir.

Yay mövsümü bitdikdən sonra Lerikdə yerləşən “Relax”ın fəaliyyəti yeni yaradılcaq törəmə şirkəti tərəfindən qurulacaq.

Şirkətin qanuni təmsilçisi və baş direktoru dəyişəcək. Hazırda müəssisədə təhvil-təslim işlərinin aparılması üçün proseslər gedir.

İqbal Məmmədov bu ilin sentyabrın 1-də keçiriləcək parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının siyahısından kənarda saxlanılıb.

Deputatlığı müddətində İqbal Məmmədovun adı müxtəlif qalmaqallarda hallanıb. Onunla bağlı ən qalmaqallı xəbər ləğv edilən Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşlarının “Relax”da operativ vergi nəzarəti tədbirləri keçirmək istəyərkən onun oğlu Mirhəmid, qardaşı oğlu Orxan, bacısı oğlu Pərviz və onların dostları tərəfindən döyülmələri olub.

Daha bir qalmaqallı xəbər isə “Relax”da çayçı işləyən Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyitinin işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar edilməsi olub.

2017-ci ildə sabiq deputata məxsus “Lerik Broyler” MMC-də baş verən partlayış nəticəsində Vüqar Abbasov adlı şəxs ölüb, xeyli sayda insan yaralanıb.

İqbal Məmmədov bir milyon manat dəyəri olan mənzillərinin əlindən alınması, həmçinin müxtəlif fotolarla şantaj edilməsi ilə də gündəmə gəlib.

Hazırda İqbal Məmmədovun qeyri-rəsmi sahibi olduğu şirkətlərin dövlətə milyonlarla vergi borcu var. Onun qardaşı və qohumlarının rəhbərlik etdiyi şirkətlərin vergi borcu 10 milyon manatdan çoxdur.

Belə ki, “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin 9.393.819,13 manat, “Lerik Broyler” MMC-nin 22.560,79 manat, həmçinin digər şirkətlərinin də külli miqdarda vergi borcu var.(Qaynarinfo)



Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
“AzToyuq” MMC-nin vergi borcu yaranıb
“AzToyuq” MMC-nin vergi borcu yaranıb
Milli Qurtuluş Günü – Xilasa aparan yolun adı
Milli Qurtuluş Günü – Xilasa aparan yolun adı
Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?