kanal1

“Bəzi məmurlar ərizə və şikayətlərimə baxmır” - Şəhid ailəsinin üzvü “üsyan edir”

Tarix:18-07-2024, 20:30
Baxış Sayı:0

“Bəzi məmurlar ərizə və şikayətlərimə baxmır” - Şəhid ailəsinin üzvü “üsyan edir”

Qubadlı rayonu, Xəndək kənd sakini Cavadov Qurban Eyvaz oğlu tərəfindən Hürriyyet.az saytının redaksiyasına şikayət məktubu təqdim edilib. Vətəndaş iddia edir ki, bəzi məmurların səhlənkarlığına görə, övladları işlə təmin olunmur. O, şəhid ailəsinin bir üzvü olaraq xahiş edir ki, ölkə başçısı Prezident İlham Əliyev bu məsələni öz diqqətində saxlasın:

“Mən, Cavadov Qurban Eyvaz oğlu, yazaraq sizin nəzərinizə çatdırıram ki, Birinci Qarabağ müharibəsində Qubadlı rayonunun işğalı zamanı 1 günün içərisində ailəmin 4 üzvü şəhid olub. Atam Cavadov Eyvaz əsir götürülüb və əsirlikdə şəhid olub. Qardaşım Cavadov Əvəz Eyvaz oğlu, bacım Cavadova Gilə Eyvaz qızı və bibim Cavadova Sərəncam Əvəz qızı şəhid olublar və heç birinin nəşi belə tapılmadı.

Mən şəhid ailəsi olduğum halda, oğlum Cavadov Elvin və qızım Cavadova Tutuya bir normal işə düzəldə bilmirəm.

Daxili İşlər Nazirliyinə, cənab Prezidentə, Fövqəladə Hallar Nazirliyinə, Mehriban xanım Əliyevaya, Prezident Aparatının qəbul şöbəsinə dəfələrlə məktub yazmışam. Hətta Prezident Aparatında qəbulda da olmuşam. Ərizəmə, şikayətimə baxılmayıb. Amma Prezidentin dediklərinə əsasən şəhid ailələrinə xüsusi qayğı göstərilməlidir.

Bəzi məmurlar ərizə və şikayətlərimə baxmır. Buna görə də sizin vasitənizlə cənab Prezidentə siqnal göndərmək istəyirəm. Cənab Prezident bildirmişdi ki, mənə siqnal ötürün, xəbərdar edin”.

Sabiq rəis aldadılaraq FHN-dən işdən çıxarıldığını iddia edir: - "Nazir mənə diplom vermişdi..."
Sabiq rəis aldadılaraq FHN-dən işdən çıxarıldığını iddia edir: - "Nazir mənə diplom vermişdi..."
Dövlət Turizm Agentliyindəki həbslərin ŞOK PƏRDƏARXASI - TƏFƏRRÜAT
Dövlət Turizm Agentliyindəki həbslərin ŞOK PƏRDƏARXASI - TƏFƏRRÜAT
Azərbaycan və Şimali Makedoniya prezidentləri lanç əsnasında geniş tərkibdə görüşüblər
Azərbaycan və Şimali Makedoniya prezidentləri lanç əsnasında geniş tərkibdə görüşüblər
Şöhrəddin Verdiyevin aldıqları da bəlli... verdikləri də... - İTTİHAM VAR...
Şöhrəddin Verdiyevin aldıqları da bəlli... verdikləri də... - İTTİHAM VAR...
Məşhur klinikalar saxta diplomlu Musa Kılıçı necə işə götürüb? - İLGİNC FAKTLAR
Məşhur klinikalar saxta diplomlu Musa Kılıçı necə işə götürüb? - İLGİNC FAKTLAR
Bakı laboratoriya, insanlar da təcrübə siçanı deyil: AYNA-da görünənlər
Bakı laboratoriya, insanlar da təcrübə siçanı deyil: AYNA-da görünənlər
Yeni Suraxanı Samir Əliyev küçəsində qanunsuz tikinti işləri aparanlara kim “DUR” deməlidi
Yeni Suraxanı Samir Əliyev küçəsində qanunsuz tikinti işləri aparanlara kim “DUR” deməlidi
Bərdədən tükürpədici səs yazısı: "Cənab Prezident, Vidadi İsayevin qohumları bizi qırır" -DE-FAKTO
Bərdədən tükürpədici səs yazısı: "Cənab Prezident, Vidadi İsayevin qohumları bizi qırır" -DE-FAKTO