kanal1

Bakı laboratoriya, insanlar da təcrübə siçanı deyil: AYNA-da görünənlər

Tarix:Dünən, 11:36
Baxış Sayı:0


Aynaya baxanda nə görürsüz? Əlbəttə ki, özünüzü. Səliqə-sahman yaradırsız. Ayna eybləri göstərir,siz də onu aradan qaldırırsınız.
Amma bir ümumi AYNAmız da var.....
Bu AYNA o aynadan deyil. Bu ad Ayna ilə bağlı xoş təəssüratlarımızı alt-üst edən qurumun adıdır. Narazı olmayan çox az adam tapılar bu qurumdan. Uzaq olmayan keçmişdə qalstuklu müəllimlərin əlini-qolunu sallaya-sallaya bulvara velosiped sürməyə getməsi barədə hazırladıqları biabırçı videoçarxı yəqin ki, unutmamısız. Baxmayanlar mənim şəxsi "facebook", "tiktok", "instagram", "youtube" platformalarımda “AYNA-nın Velosiped zolağı” başlıqlı detallı izahlı video ilə tanış ola bilərlər.

Bir qrup AYNA əməkdaşının “nümunə” olmaq üçün bulvara gedib velosiped sürməsi, yol hərəkəti qaydalarını pozaraq avtomobili qanunsuz park etməsi, yuyulub təmizlənmiş, AYNA əməkdaşlarından ibarət 2 nəfər sərnişinin əyləşdiyi avtobusu şəxsi xidməti avtomobili kimi istifadə edən iki nəfər qalstuklu rəsmi AYNA əməkdaşının velosiped sürməyə getməsi və sair gülünc kadrları ilə yaddaşlara həkk olan qurum niyə rəğbət qazana bilmir?

Çünki bizə velosiped sürməyi diktə edən AYNA rəhbəri hörmətli Anar Rzayevi bir dəfə də olsun velosipedlə işə gələn görmədik. Əməkdaşları belə hazırladıqları video çarxda şəhərdə süni tıxac yaradan velosiped zolaqlarında hərəkət etməyi özlərinə rəva bilmədilər. Bilmirlər də.
Bu zolaqlar nə üçündür? Bir küçədə başlayıb mənasız bir istiqamətdə yarımçıq qalan velosiped zolaqlarını çəkəndə yoların zamanında hansı sayda avtomobillərin intensivliyi üçün nəzərdə tutulduğu unudulub deyəsən. Axı, bu yollar çəkiləndə, küçələr salınanda nəinki avtobus heç velosiped zolağı da yada düşməmişdi. İndi avtomobil sayı da artıb. Küçələr isə yeni deyil. Dar küçələrdə avtobus zolaqlarına dözmək olar. Amma əlavə olaraq bu velosiped zolağını niyə belə xaotik etmisiz? Nə əldə etmişik? Hansı əsaslı statistika var?

Velosiped zolaqlarında yalnız piyadalar gəzir. Görüntü xatirinə bu qədər insana zülm etməyə dəyərmi? Həqiqətən də bu zolaqlardan səmərəli formada niyə istifadə olunmur? Velosiped zolaqları çəkiləndə necə araşdırma aparılır və qərar verilir?

Əgər bir qurumun gördüyü iş əsaslı, köklü deyilsə, hər addımı səhvlərlə doludursa, sürücü və sərnişinlər niyə AYNA rəhbəliyinin məlum yanlış qərarlarından əziyyət çəkməlidirlər. Bu qurumda dövlətin inventarlarını, resurslarını xərcləyən şəxslərdən hesabat istəniləndə nə cavab verəcəklər? Hər gün bir qara ideya ilə şəhəri rəngləyən AYNA hansı istiqaməti hədəf götürüb? Neçə-neçə zolağın yararsız olduğunu görüb rəngləri silən AYNA dövlətə, vətəndaşa dəyən zərəri necə ödəyəcək?
Bu axı, qardaşının şirkətini rəhbərik etidyi qurumda daşımacılığa cəlb etmək qədər asan iş deyil. Yollarda əziyyət çəkən sürücülərə yazılan cərimələr, keçirdikləri stress, yaşanan gərginlikdən sonra bir sıra ərazilərdə zolaqları ləğv etmək fəaliyyətinizdə mövcud olan fəaliyyətsizliyin göstəricisidir. Siz, axı, paytaxtı laboratoriya, insanları da təcrübə siçanı hesab edə bilməzsiz.

Suallar çoxdur. Amma kim bu suallara cavab verəcək?
Suallara cavab verməli olan AYNA rəhbəri Anar müəllimin media ilə görüşü az qala bağlı qapılar arxasında keçir. Videoları da səssiz yayımlanır. İnterşumu belə söndürülər. Görüşüldü, danışıldı, müzakirə olundu və sair...

Anar müəllimdən müsahibə almaq xoşbəxtliyi mənə nəsib olmuşdu. Anar Rzayev DANX rəhbəri olanda müsahibə zamanı özünün rəhbərlik etdiyi qurumda qardaşına məxsus şirkətin fəaliyyətinə şərait yaradıldığını da etiraf etmişdi. Bu barədə səhv etmirəmsə brifinqlərin birində açıqlaması da olmuşdu. AYNA rəhbəri olaraq bizi yollarda sıxan müəllimin yalnız foto əksini görə bilirik. Suallar isə açıq olaraq qalır.(Ajans.az)

Cənab Rzayev, AYNAda əksiniz yaxşı görünür. Olduğunuz kimi görünürsüz.

Spirtli içki istehsalçısı “A+CO” ASC cərimələnə bilər – SƏBƏB facebook
Spirtli içki istehsalçısı “A+CO” ASC cərimələnə bilər – SƏBƏB facebook
"Doğtaş" şirkətinin dövlətə borcu iki dəfə artdı / FOTOFAKT
"Doğtaş" şirkətinin dövlətə borcu iki dəfə artdı / FOTOFAKT
Deputat Cavanşir Feyziyevin oğlunun LÜKS HƏYATI - brend aksesuarları, yüksək qiymətli eynəkləri və əlindəki BƏYAZ ŞƏRABI ilə / FOTOLAR
Deputat Cavanşir Feyziyevin oğlunun LÜKS HƏYATI - brend aksesuarları, yüksək qiymətli eynəkləri və əlindəki BƏYAZ ŞƏRABI ilə / FOTOLAR
” Lukoil”da yanacaq alışı zamanı sürücüləri necə aldadırlar?- Video
” Lukoil”da yanacaq alışı zamanı sürücüləri necə aldadırlar?- Video
Sabiq rəis aldadılaraq FHN-dən işdən çıxarıldığını iddia edir: - "Nazir mənə diplom vermişdi..."
Sabiq rəis aldadılaraq FHN-dən işdən çıxarıldığını iddia edir: - "Nazir mənə diplom vermişdi..."
Dövlət Turizm Agentliyindəki həbslərin ŞOK PƏRDƏARXASI - TƏFƏRRÜAT
Dövlət Turizm Agentliyindəki həbslərin ŞOK PƏRDƏARXASI - TƏFƏRRÜAT
Azərbaycan və Şimali Makedoniya prezidentləri lanç əsnasında geniş tərkibdə görüşüblər
Azərbaycan və Şimali Makedoniya prezidentləri lanç əsnasında geniş tərkibdə görüşüblər
Şöhrəddin Verdiyevin aldıqları da bəlli... verdikləri də... - İTTİHAM VAR...
Şöhrəddin Verdiyevin aldıqları da bəlli... verdikləri də... - İTTİHAM VAR...