kanal1

İsa Həbibbəyli, Nadir Məmmədli,.. LÜTFƏN DURUN! - İTTİHAM VAR...

Tarix:13-06-2024, 12:50
Baxış Sayı:2

İsa Həbibbəyli, Nadir Məmmədli,.. LÜTFƏN DURUN! - İTTİHAM VAR...


"İsa Həbibbəyli (AMEA prezidenti), Nadir Məmmədli (Dilçilik İnstitutunun Baş direktoru)! Siz kitab çapı adı altında dövlətin AMEA-da göyə sovrulan yüz minlərini pul saymırsınız! Halbuki minlərlə azərbaycanlı ailələri yediyiniz və dağıtdığınız o yüz minlərin yüz manatına möhtacdır..." Dia-az.İnfo xəbər verir ki, bunu öz ittiham dolu açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov bildirib.
İ.Abbasov daha sonra əlavə edib: "Müharibənin ağırlıqlarını, şəhid olan minlərlə gənc övladlarımızı, bir tikə çörəyə möhtac ailələrimizi vecinizə alsaydınız, belə etməzdiniz. Öz strategiyası, siyasi və diplomatik səriştəsi ilə bir millətə qələbə qazandırmış Ali Baş Komandana zərrə qədər sədaqətiniz olsaydı, ən azı vətəndaşlıq borcunuzu başa düşsəydiniz, belə etməzdiniz, vicdanınız buna yol verməzdi. Elə bilirsiniz sular durulanda bunların hesabı sorulmayacaq?! Sanırsınız ki, əlinizin altındakılarla dəstə yaradıb dövlətə sonsuza qədər iradə nümayiş etdirəcəksiniz?!
Bəli, ölkənin Prezidenti bir nəfərdir. Düşünə bilərsiniz ki, dövlətin büdcəsinə və xalqın cibinə girməyən, sizin kimilərin üzündən öz Vətənində zülm çəkən vətəndaşın səsi ölkə Prezidentinə çatmayacaq və vətəndaş da sizin təlqininiz və təşviqinizlə ölkə başçısını, "qəddar rejim"i yamanlayacaq, siz isə bunun fonunda pis əməllərinizi malalayıb ayı xidməti göstərəcək, xalqın və rəhbərin qarşıdurması, ölkənin viran qoyulması üzərində milyonlar yığacaq, qəbih həyat sürəcəksiniz. Yaratdığınız bu iyrənc və xain praktikadan sabiq dostlarınızla bərabər çox bəhrələnmisiniz! Yetər artıq!
Unutmayın ki, Prezidentin adına, bu dövlətə, millətə, onun qanunlarına hörmət edən dövlət adamları, vicdanlı şəxslər, vətəndaşlar, sizin düşündüyünüz kimi, yox deyildirlər. Dövlətin maraqları prioritet olanda sizin şəxsi və qrup maraqlarınız, üfunət saçan dostbazlıq, dəstəbazlıq, çal-çap prinsipləriniz anındaca ifşa olunacaq.
Tutduğunuz yoldan qayıdın, İsa Həbibbəyli, Nadir Məmmədli cütlüyü! Sizin "işləməyiniz" ölkənin elmi, mədəniyyəti, hərbi-siyasi uğurları ilə tərs mütənasibdir. Lütfən, siz işləməyin, dayanın, durun!.."

Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?