kanal1

Şəkillər arasında 18 il fərq var

Tarix:11-06-2024, 20:27
Baxış Sayı:0

Şəkillər arasında 18 il fərq var

Xəbər verdiyimiz kimi, bu saatlarda Türkiyənin və siyasət dünyasının gözü CHP-nin Baş Qərərgahındadır.

“Qafqazinfo”nun məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 18 illik fasilədən sonra CHP-nin Baş Qərərgahına səfəri Türkiyə siyasətində bahar yelləri əsdirib.

Belə ki, Ərdoğanın əsas müxalifət lideri Özgür Özəllə keçirdiyi iclasda mühüm məsələlərin müzakirə olunacağı gözlənilir.

Görüşdə iqtidar tərəfdən konstitusiyada nəzərdə tutulan dəyişikliklərin diqqət mərkəzində olacağı qeyd olunur.

Bunun fonunda siyasətdə yumşalma, TBMM gündəmi, pensiya və minimum maaş artımı, “Gəzi məhbusları”, Can Atalay, Konstitusiya Məhkəməsi və Avropa İnsan Haqları Məhkəməsi qərarları, qəyyumluq, bəzi bələdiyyə başçılarının terror qruplaşmaları ilə əlaqəsi, borc yükü və s. mövzuların da iclasın gündəmində olacağı bildirilir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə 2006-cı ildə Baş nazir postunda vəzifələrini icra edərkən, CHP-nin o dövrdəki sədri, mərhum Deniz Baykalı ziyarət edib.

Həmin görüş Ərdoğanın CHP-nin binasına “Xeyirli olsun”a gəlməsi kimi də tarixə düşüb. Sözügedən iclasda siyasi liderlər bir-birlərinə qiymətli hədiyyələr bağışlayıblar.

Məlumat üçün deyək ki, AKP və CHP arasında “soyuq yellər”in əsdiyi tarixlər məhz Kemal Kılıçdaroğlunun “Cümhuriyyət” Partiyasına sədrlik etdiyi dönəmə (2010-2023) təsadüf edib.



Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?