kanal1

““Araz Supermarket” müştəriləri endirim adı ilə aldadır” - ŞİKAYƏT

Tarix:10-06-2024, 08:17
Baxış Sayı:0

““Araz Supermarket” müştəriləri endirim adı ilə aldadır” - ŞİKAYƏT

Müştərilər “Araz Supermarket”in endirim kampaniyasından narazılıq edirlər. Şikayətçilərin sözlərinə görə, endirim zamanı məhsul çeşidi bilərəkdən düzgün qeyd olunmur. Bu da məhsulu seçərkən və kassada xeyli vaxt itkisinə səbəb olur.

Bu barədə şikayətçi Səbiyyə Həsənova yazıb. O bildirib ki, bəzən bu endirimlə saxta olur. Məhsulun üzərində endirimli qiymət yazılır, kassada isə daha yüksək qiymət çıxır:

“Şikayətim “Araz Supermarket”dəndir. Endirimlərdə məhsul çeşidi dəqiqliklə qeyd olunmur. Bu həftə ərzində Magnum dondurması endirimdə idi, amma hansı çeşid olduğunu tapmaq üçün ya menecer yaxud işçilərlə qaçdı-tutdu vəziyyətdə dialoq qurmaq məcburiyyətində qalırsan, ya da hər çeşidi qiymət skanerində yoxlamalı olursan. Hər ikisi də müştərinin vaxtına və məmnuniyyətinə biganəlikdir. Həmçinin onun inamından, bilgisizliyindən istifadə üçün üsuldur. Bu gün “Schogetten” markalı şokoladı endirimdə görüb almaq istədim, amma kassada endirimsiz qiyməti çıxdı. “Başqa çeşid üçün endirimdir” deyildiyi üçün hər iki çeşidi yoxladıq, eyni endirimsiz qiymət çıxdı. Menecerdən məhsul endirim qiyməti üzərində çeşidi niyə qeyd olunmadığı soruşulduqda isə “Mənim səlahiyyətimdə deyil” cavabı verildi.

Əgər endirimdə deyilsə niyə qiymət eyni qalır? Endirimsiz qiymətlə endirimli qiymət arasında 3.29-2.59=0.70₼ fərq biriləri üçün önəmli rəqəmdir. Əsasən də nəzərə alsaq ki, bu cür endirim aldatmaları çox olduğu üçün bu cür məbləğ toplanıb önəmli fərqə çatır. Ölkədə önəmli şəbəkələrdən olan “Araz” marketin bu cür “diqqətsizlik”lər etməsi onlar üçün imic zədələnməsi, müştəri xidmətləri zəifliyindən artıq keçib və sui-istifadəyə çevrilib”.(SƏHƏRMEDİA)

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?