kanal1

25 yaşlı gənc qadın cəmi 700 manata donor oldu... BAŞINA OYUN GƏLDİ... - BU, ARTIQ VƏHŞİLİKDİR!

Tarix:7-06-2024, 16:07
Baxış Sayı:6

25 yaşlı gənc qadın cəmi 700 manata donor oldu... BAŞINA OYUN GƏLDİ... - BU, ARTIQ VƏHŞİLİKDİR!

Son illər sosial şəbəkələrdə Azərbaycanda işsiz və pula ehtiyyacı olan qadınlar üçün yeni iş imkanı adı altında müxtəlif təkliflər irəli sürülür. Bunların başında folekul donor olmaq təklifi durur ki, bu da insan al-verinin bir digər növüdür. Xüsusən "İnstagram" sosial şəbəkəsində folekul satışının həyata keçirildiyi yüzlərlə səhifələr var. Bu səhifələr açıq səviyyədə qadınların işsiz və pula ehtiyacı olmasından istifadə edərək onlara təkliflər irəli sürür.

Bu tələyə düşən qadınlardan biri Sonxeber.az-a müraciət edib.

25 yaşlı Aynur Səlimova ( ad şərti) Aytən Sonsuzluq Mərkəzinə yumurta hüceyrələrini satdıqdan sonra səhhətində problemlərin olduğunu bildirib:

"Folekul donoru ilə bağlı elanı sosial şəbəkədə gördüm. Toma adlı qadın "İstagram"da folekul donoru ilə bağlı paylaşımlar edirdi. Maraqlı gəldiyi üçün onunla əlaqə saxladım. 400-700 manat aralığında mənə pul təklif olundu. Toma adlı qadın mənə prosesin çox sadə olduğu deyilirdi. Mənə Aytən Sonsuzluq Mərkəzinə yaxınlaşmağım deyildi. Müayinədən sonra donor kimi uyğun bildilər. 11 gün ərzində mənə hormonal iynələr vuruldu. 27 mayda əməliyyat olundum. Məndən 28-29 yumurta hüceyrələri götürüldü. Əməliyyatın yaxşı keçdiyini söylədilər. Mənə ilkin olaraq 400 azn pul verdilər.

Mənə deyilmişdi ki, əməliyyat çox sadədir. Ağrısız-qansız 5 dəqiqəlik maye toplanması olacaq. Əməliyyatın səhərisi günü vəziyyətim pisləşdi. Mayın 30-da isə isə vəziyyətim daha da ağırlaşdığı üçün təcili tibbi yardım çağırıldı. Təcili tibbi yardımla Caspian hospitala aparıldım. Bu zaman Toma xanım mənə kiçik miqdarda pul göndərdi ki, burada müalicə ala bilim. İyunun 2-də yenidən xəstəxanaya aparıldım. Qarnımda 2 litr maye olduğu deyildi. Mayənin çəkilməsi üçün iyunun 3-də yenidən əməliyyat oldum. Bu əməliyyatdan sonra vəziyyətin düzəlməyə başladı.

Əməliyatdan sonra vəziyyətimin ağırlaşacağını gözləmirdim. Verdiyi ödənişin hamısını müalicəyə xərclədim. Mənim vəziyətimin belə pisləşməsinin səbəbi nə idi anlamadım, Verdiyi ödənişdən mənə heç bir qazanc qalmadı. İndi hələ də tam sağalmamışam, qarnımda və ayaqlarımda şiş var. Rahat hərəkət edə bilmirəm".

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?