kanal1

“Cahan Holdnq”də işçilər “məhşər ayağı”na çəkilir - AXI NİYƏ?

Tarix:7-06-2024, 13:30
Baxış Sayı:1

“Cahan Holdnq”də işçilər “məhşər ayağı”na çəkilir - AXI NİYƏ?

Bu günlərdə gundemxeber.az-ın redaksiyasına bir çox beynəlxalq konfraslarda iştirak edən, söylənilənlərə görə ayrı-ayrı layihələrin təşkilatçısı, iştirakçısı və rəhbəri olan, 1995-ci ildə “Cahan Holdinq”i təsis edən və hal-hazırda bu qurumda prezident vəzifəsini daşıyan və 12 aprel 1974-cü ildə Naxçıvan şəhərində anadan olan Abbasov Vüqar Zakir oğlunun fəaliyyəti ilə bağlı sensasion məlumatlar daxil olub. Onu da bildirək ki, bu şəxs Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin də sədridir. Çatdırılan məlumatlara görə, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, Vüqar Abbasovun ən etibarlı və sədaqətli adamlarındandır. Baxmayaraq ki, bu şəxsin özü isə, vaxtilə Naxçıvan Ali Məclisinə sədrlik edən Fasif Talıbovun kurasiyasında olan, həmçinin büdcə talançılıqlarında adı hallanan şəxslərdən biri olur.
Media üzərindən apardığımız araşdırmalara görə, Vüqar Abbasovun prezidenti olduğu “Cahan Holdnq”də ötən il təmizlik işlərinini həyata keçirən 20 nəfər işçinin əmək hüquqları pozulur, hətta həmin şəxslərə əmək haqqı da verilmir. Rəhbərlik isə bunu bəzi sektorların bağlanması, əldə olunan gəlirlərin azalması ilə əlaqələndirsə də, əslində bunlar boş-boş bəhanədən başqa bir şey olmur. Narazılıq edənlər isə bildirirlər ki, “Bizi bu şirkətdə qanunda nəzərdə tutulmayan işlərə cəlb edirlər, amma bunun qarşılığında bizə əmək haqqı vermirlər. Baxmayaraq ki, biz bu şirkətdə təmizlik, bağban işləri, kommunal xərclərin və kirayələrin yığılması və s. kimi işlərə cəlb olunuruq. Gündəlik işə gəlib-getsək də, maaşımızı vermirlər. Rəhbərliyə etdiyimiz şikayətlərə isə məhəl qoyulmur, dirəniş göstərdikdə bizi işdən çıxardacaqları ilə hədələyirlər”. Sadalananlarla bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

P.S. “Cahan Holdinq” baş verən bir çox qanunsuzluqların mahiyyətini, çatdırılan sensasion məlumatları yaxın günlərdə geniş ictimaiyyətin diqqətinə çatdırmağa çalışacağıq. Bizi izləməyi unutmayın.

Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?