kanal1

Azərbaycan-Türkiyə əlaqələri son 25 ildə.BİR MİLLƏT İKİ DÖVLƏT.

Tarix:28-04-2019, 20:20
Baxış Sayı:63

Azərbaycan-Türkiyə əlaqələri son 25 ildə.BİR MİLLƏT İKİ DÖVLƏT.



14 yanvar 1992-ci il tarixində Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərlə bağlı imzalanan müqavilənin üzərindən 25 il keçdi. Hörmətli dinləyicilər, biz “Türkiyə və Avrasiya gündəmi” verilişinin bugünkü buraxılışında Türkiyə - Azərbaycan münasibətləri və bunun bölgəyə təsiri barədə danışacağıq. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

18 oktyabr 1991-ci il tarixində müstəqillik aktı qəbul edən Azərbaycan respublikasını Türkiyə bir ay keçmədən, yəni noyabrın 9-da tanıyan ilk dövlət oldu. Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələr isə rəsmi olaraq 1992-ci ilin 14 yanvarından başladı.

İkili əlaqələrin artırılması və gücləndirilməsi məqsədilə 2010-cu ildə prezidentlər səviyyəsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mexanizmi yaradıldı. Sonra Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran və Türkiyə-Azərbaycan-Türkmənistan üçlü görüşləri keçirildi, regional sabitlik, sülh və rifahı təmin edəcək əhəmiyyətli mexanizmlər işlənildi.

Xəzər dənizi enerji qaynaqlarının dünya bazarına çıxarılmasını nəzərdə tutan Bakı-Tbilisi-Ceyhan Boru Kəməri və Bakı-Tbilisi-Ərzurum Qaz Boru Kəməri layihələrinin reallaşdırılması Azərbaycan və Türkiyə arasında strateji ortaqlığa gedən yolda mühüm addım oldu.

Bu gün iki ölkə arasında ticarət həcmi təxminən 5 milyard dollardır. Hər iki ölkənin hədəfi 2023-cü ilə qədər ticarət həcmini 15 milyard dollara çatdırmaqdır.

Qarşılıqlı etibar və həmrəylik əsasında formalaşan Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir.

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında koordinasiyanın inkişaf etdirilməsi məqsədilə hər il hərbi manevrlər təşkil olunur. Son olaraq bu il may ayının əvvəlində Azərbaycanın paytaxtı Bakı yaxınlığında həyata keçirilən hərbi təlimlərdə 1000 əsgər, 80 tank və zirehli maşın, 60 quru və hava topu, 12 Mi-35 və Mi-17 hücum və nəqliyyat vertolyotları, o cümlədən hava müdafiəetmə sistemləri yer aldı. Manevr 5 maya qədər davam etdi və müvəffəqiyyətlə nəticələndi.

Azərbaycan və Türkiyə - hər iki ölkənin xalqlarının böyük əksəriyyəti türklərin Oğuz boyundandır. Eyni kök və coğrafi yaxınlıq Türkiyənin Azərbaycanla yaxın dialoq qurmasını asanlaşdırır.

Türkiyənin Azərbaycanla əlaqələri yüksək strateji səviyyədədir. Hər iki ölkədə prezident seçilən dövlət başçısının birinci olaraq qardaş respublikaya getməsi ənənəvi hal alıb və simvolik əhəmiyyət daşıyır.

Türkiyə-Azərbaycan ikitərəfli əlaqələri bölgədə sabitlik və sülhün qurulmasına xidmət edir, heç bir ölkəyə təhdid yaratmır.

Türkiyə - Azərbaycan əlaqələri strateji ortaqlıq anlayışını tam mənasıyla daşıyır. Son 25 ildə iki ölkə arasında əldə edilmiş uğurlar sarsılmaz birlik, dostluq və qardaşlıq bağının bir göstəricisidir.

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi içərisində, sülh yolu ilə həllinə səy edir. Bu çərçivədə ATƏT-in Minsk Qrupunun bir üzvü olaraq cəhdlərini əsirgəmir. Xüsusilə, 2016-cı il Aprel döyüşləri, Azərbaycan-Ermənistan arasında yaşanan şiddətli qarşıdurmalar və can itkiləri Dağlıq Qarabağ müzakirələrini daha da artırdı. Amma təəssüf ki, Minsk üçlüyü qərarlı addım atmamaqla müddəti uzadır. Beynəlxalq qərarlara əməl olunmur. Heç nəyə baxmayaraq, Yuxarı Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü içində sülh yollarıyla həll edilməsi Türkiyənin Azərbaycana dəstəyilə davam edir.

Bundan başqa, enerji mövzusu da iki ölkə arasında əhəmiyyət daşıyan məsələlərdən biridir. Qlobal bir layihə olan TANAP, yəni Trans Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin addımları sürətlənib. TANAP-ın yola düşməsiylə, Bakı-Tbilisi-Qars dəmir yolu və bu kimi layihələrlə Azərbaycan və Türkiyənin mövqeyi və bölgədəki strateji əhəmiyyəti daha da artacaq. Bu istiqamətdə əzm, qətiyyət və siyasi iradə hər iki ölkədə də vardır.


Azərbaycan-Türkiyə əlaqələri son 25 ildə.BİR MİLLƏT İKİ DÖVLƏT.



Azərbaycan-Türkiyə əlaqələri son 25 ildə.BİR MİLLƏT İKİ DÖVLƏT.



Azərbaycan-Türkiyə əlaqələri son 25 ildə.BİR MİLLƏT İKİ DÖVLƏT.

Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
COP29 zolaqlarındakı yol nişanları sökülür
COP29 zolaqlarındakı yol nişanları sökülür
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO