kanal1

Bu rayonlarda vəzifəli şəxslər işdən çıxarıldı - SİYAHI

Tarix:4-06-2024, 13:05
Baxış Sayı:1

Bu rayonlarda vəzifəli şəxslər işdən çıxarıldı - SİYAHI

Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən ümumtəhsil müəssisələri ilə yanaşı məktəbəqədər və məktəbdənkənar müəssisələrdə yoxlama və monitorinqlər həyata keçirilib.

Regional Təhsil İdarəsindən Dia-az.İnfo-ya verilən məlumata görə, yoxlama və monitorinqlər əsasən müəssisələrdə təlim-tərbiyə prosesinin təşkili, tədris-pedaqoji və metodiki sənədlərlə işin təşkili vəziyyəti, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizat və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi və digər məsələlərlə bağlıdır.

Yoxlamalar nəticəsində Neftçala şəhər humanitar təmayüllü Muğan liseyinin direktoru, Şirvan şəhər 16 saylı tam orta məktəbin direktor əvəzi, 2 müavin və dərnək rəhbəri, Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin isə direktor müavini və 9 təhsil işçisi işdən azad edilib.

Aşkar edilmiş nöqsanlar toplanaraq hüquqi qiymət verilməsi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən hüquq mühafizə orqanlarına təqdim edilib.

Eyni zamanda hazırda Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlama aparılır.

Qeyd edək ki, yoxlama və monitorinqlər sistemli və ardıcıl şəkildə davam etdiriləcək.

Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?