kanal1

Baku Electronics MMC vətəndaşa problemli məhsul satıb - ŞİKAYƏT

Tarix:4-06-2024, 08:54
Baxış Sayı:0

Baku Electronics MMC vətəndaşa problemli məhsul satıb - ŞİKAYƏT

Bakıda vətəndaş Baku Electronics MMC-nin dələduzluğuna tuş gəlib.

Bununla bağlı paytaxt sakini Oruczadə Zaur Elşad oğlu redaksiyamıza şikayət məktubu ilə müraciət edib.

Şikayətçi bildirib ki, ötən ilin noyabrında Baku Electronics MMC-dən Samsung markalı paltaryuyan maşın alıblar. 1 aydan sonra həmin paltaryuyan maşın evə gətirilərək quraşdırılıb və üstündə də qızıl zəmanət talonu ona təqdim olunub:

"Evdə adam az olduğundan paltaryuyan maşın bir o qədər işlədilmirdi. Bir aydan sonra paltaryuyanda nasazlıq olduğunu gördük. Maşının ayağında və barabanında problem əmələ gəlmişdi. Servisə zəng edib usta göndərilməsini xahiş etdik. Usta evə gəlib maşına baxanda min bir bəhanələr gətirməyə başladı. Bizə dedi ki özünüzü yormayın çünki son vaxtlar bizim şirkətə gələn əksər paltaryuyan maşınlarda vəziyyət bu cürdü. İki usta dayanıb maşının üzünə baxdı və pullarını alıb getdilər. Mən onlara dedim ki bu nasazlığı orda rəhbərliyinizə izah edin və yazın sənəddə. Dedi o bizim səlahiyyətlərimiz daxilində deyil. Qızıl zəmanətimizdə göstərilib ki, məhsulda hər-hansı problem aşkarlansa yerindəcə aradan qaldırılır və ya dəyişdirilir. Amma Baku Electronics xalqı aldatmaqla məşğuldur".


Orxan Rasifoglu.
Xebernur.com

Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?