kanal1

"Son çörək pulunu dərmanlara xərcləyənlər var" - GİLEY

Tarix:30-05-2024, 10:46
Baxış Sayı:0


Şəkərli diabet xəstələri bir neçə aydır poliklinikalardan pulsuz verilməli olan dərman preparatlarını almaqda çətinlik çəkirlər. Bu barədə Meydan TV-yə bir neçə diabet xəstəsi məlumat verib. Onların sözlərinə görə, dərman almaq üçün poliklinikalara getmək məcburiyyətində qalırlar.

Almaz Quliyeva 12 ildir şəkərli diabetdən əziyyət çəkir. Quliyeva deyir ki, təkcə Bakıda deyil, Şamaxı və digər rayonlarda da diabet dərmanlarının verilməsində problemlər var.

“Həkimlər deyirlər ki, dərman vaxtı-vaxtında çatdırılmır. Təsəvvür edin, növbələr yaranır və məlum olur ki, dərman yoxdur. Halbuki həmin dərmanlardan apteklərdə tapmaq olur. Başa düşmürlər ki, biz dərmanlarla dolanırıq”,- o deyib.

Şikayətçilər deyirlər ki, dərmanlarla yanaşı, qanda şəkəri ölçən cihazlar – testripləri apteklərdə əldə etmək mümkündür. A.Quliyeva deyib ki, əvvəllər 1-2 aylıq dərman ehtiyatını almaq mümkün olurdu. İndi isə 1 qutu dərman əldə edəndə sevinirlər:

“Təqaüdçülər üçün lap çətindir. Son çörək pulunu dərmanlara xərcləyənlər var. Xəstəxanalarda gərginlikdir, dərman ala bilməyən xəstələr hirsini həkimə tökür, həkim də çarəsiz qalıb”.

Şəkərli diabet xəstələrinin dərman və preparatlarla təchizatı “Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Ötən il şəkərli diabet xəstələrinin sayı 385 min 179 nəfər olub. Onların 1000-dən çoxu insulindən asılı vəziyyətdə yaşayır.

Meydan TV-nin bununla bağlı TƏBİB-ə ünvanladığı suala cavab verilməyib. Lakin əlaqə saxlanılan poliklinikalardan söyləyiblər ki, TƏBİB onlara hazırda dərmanların alınma prosesinin davam etdiyini, yaxın günlərdə problemin tamamilə həll olunacağını bildirib. Hazırda isə dərmanların verilməsində fasilədir.

Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?