kanal1

"Eurolux"un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb? - 500 minlik oğurluq işi...

Tarix:25-05-2024, 17:54
Baxış Sayı:0

"Eurolux"un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb? - 500 minlik oğurluq işi...

Bakı Ağır Cinayətlər Məhkəməsində "Eurolux" şirkətinin baş direktoru və onun qardaşı oğlunu öldürməyə cəhddə təqsirləndirilən Taryel Vəliyevə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, hadisə 18 aprel 2022-ci il tarixdə, saat 16:20 radələrində Qaradağ rayonu, Salyan şossesinin 14-cü km-də yerləşən "Eurolux" şirkətinə məxsus anbarın həyətində yerləşən ofisdə baş verib.

Belə ki, Taryel Vəliyev 2021-ci ilin iyul ayında şirkətin rəhbəri, 1968-ci il təvəllüdlü Əmrah Kərimovu və onun qardaşı oğlu, 1988-ci il təvəllüdlü Orxan Kərimovun şikayəti əsasında saxlanılıb.

O iddia edib ki, Taryel Vəliyev şirkətdə çalışmış Maarif, Fərahim, İlkin və Cavid adlı şəxslərlə birgə "Eurolux"a məxsus anbardan müxtəlif vaxtlarda 500.000 manat dəyərində məişət avadanlıqları oğurlayıblar.

Sözügedən şəxslər saxlanılsa da, Taryel Vəliyevin üç övladığı olduğu üçün istintaq dövrü yekunlaşanadək ev dustaqlığına buraxılıb. O, tutulacağından ehtiyat etdiyi üçün Əmrah Kərimova zəng edərək şikayətini geri götürməsini tələb edib. Oğruluq törətmədiyinə görə üzərinə şər atdıqlarını əsas gətirərək onları öldürəcəyi ilə hədələyib.

Təqsirləndirilən şəxs telefon zəngindən 12 dəqiqə sonra Əmrah Kərimov və Orxan Kərimovun oturduğu kabinetə daxil olub. Onlardan yenidən şikayətlərini geri götürməyi tələb edib. Taryel Vəliyev iddia edib ki, həmin vaxt Əmrah və Orxan onun ailəsini təhqir edib, ofisdən çölə çıxmasını tələb etdikdən sonra hər iki şəxsin bədənlərinin müxtəlif nahiyələrinə bıçaq zərbəsi endirib. Ofisin 5 işçisinin dəstəyi ilə bıçaq əlindən alınıb və Taryel Vəliyev polisə təhvil verilib.

Məhkəmənin qərarı ilə Taryel Vəliyev Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?