15 may 2024 Bu gün həmkarımız,Xeberim.info.az saytının rəhbəri Esmira (Könül) xanımın nəvəsi Yeseniya Orxan qızının 1 yaşı tamam olur!
Esmira (Könül) canım mənim,balanın balası Yeseniyanın, bizim hər birimizin sevimli qızımızın 1 yaşı tamam olur.Qoy qədəm basdığı yeni yaşı xoşbəxt həyatının başlanğıc yaşı olsun.
Yaşadığı hər gün, hər il körpə balamıza uğurlar,bol şanslar gətirsin.Həyat daima üzünə gülsün.Üzündəki o məsum gülüşlər onu heç bir zaman tərk etməsin.Qədəm qoyduğu yeni yaşının sayası elimizə,obamıza da düşsün İnşaallah.Dünyamız salamat,xalqımız firavan yaşasın.Bütün pisliklər,nankorluqlar,müharibə,,savaş sözü yalnız sözlərdə xatırlansın.Bütün körpələr xoşbəxt,firavan böyüsün.Yeseniyamız onu sevən hər kəsə,ata-anasına,babasına,nənələrinə, və bütün doğmalarına sevinc bəxş etsin.Həyatınızın ən gözəl payı Yeseniya-ən böyük xoşbəxtliklərinizin yaradıcısı olsun.Gözəl gözlü balamızın bu gözəl günü mübarək olsun!!!
Biz də İctimailider.az olaraq Yeseniyamıza bu xoş günündə xoşbəxtlərin xoşbəxti olmasını,üzündəki təbəssümün onu heç zaman tərk etməməsini arzulayırıq.
Hörmətlə: Şəfa Paşayeva