kanal1

“Portaldan adımız silindiyi üçün Şuşaya dönüb pulumuzu tələb edə bilmirik” - QAYIDIŞA HARAM QATANLAR...

Tarix:14-05-2024, 18:33
Baxış Sayı:0



Şuşada yaşayış binalarının tikintisində fəhlə kimi çalışmış şəxslər onlara vəd edilən haqqın ödənilməməsindən şikayətçidirlər.

Bu barədə Meydan TV-yə şikayətçi Məmmədəli Ağayev bildirib. Onun sözlərinə görə, qohumu Əli Həsənzadə ilə birgə Şuşada yaşayış binalarının inşası ilə məşğul olan “ARCHİCO” MMC-nin podratçısı olan “Ümid” şirkətində müqavilə əsasında çalışıb.

“Hər ikimiz Astaradan Şuşaya işləməyə getdik. Bizə dedilər ki, gördüyünüz işin dəyərini hər metrəyə görə 6 manatdan ödəyəcəyik. On günə yaxın işlədik, günümüzə 30-50 manat arası avans alırdıq”,- M.Ağayev deyib.

Şikayətçinin sözlərinə görə, ailəsində problem yarandığına görə Astaraya geri dönmək məcburiyyətində qalıblar. Ödəniş zamanı görülən işin 6 manatdan deyil, 2,5 manatdan hesablandığı bəlli olub:

“Olduqca çətin şəraitdə, soyuq havada işləmişik. Bizə dedilər ki, hesablayıb pulun qalanını göndərəcəyik. 20 gündən sonra təkrar müraciət etsək də, cavab ala bilmədik. Portaldan adımız silindiyi üçün Şuşaya dönüb pulumuzu tələb edə bilmirik”.

Digər şikayətçi Əli Həsənzadə də pulunu ala bilmədiyini deyir:

“Biz fəhlə adamlarıq, öz zəhmətimizlə qazandığımız pulun ödənilməsini istəyirik”.

Şikayətçilər deyilər ki, 450 metrlik iş görüblər. Görülən işi 2,5 qəpikdən hesablayıblar, qalan məbləğ hələ də ödənilməyib:

“Bir neçə gün yubatdılar ki, gözləyin, pulunuz tam ödəniləcək. Sonradan dedilər ki, sizə borcumuz yoxdur, hara istəyirsiniz şikayət edin”.

“Ümid” şirkətinin adını açıqlamayan əməkdaşı isə Meydan TV-yə bildirib ki, şikayətçilər 10 günə yaxın işləyiblər. Onlara əvvəlcədən razılaşdırılmış məbləğ ödənilib. Sonradan qalan məbləğ də köçürülüb:

“Onlar işi təhvil vermədən ailə probleminə görə geri dönüblər. Buna görə də təklif olunub ki, gəlsinlər, hesablanma aparılsın, əgər borclu qalınıbsa, ödəniş olsun. Özlərinə də demişik ki, görülən hər bir işin dəyəri ödənilir”.

Şirkətdən onu da əlavə ediblər ki, hər bir işçi ilə müqavilə bağlanır və razılaşma müqavilədə əks olunur. (Meydan TV)

Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Azəriqazın sayğac oyunu vətəndaşın cibində "partlayır
Azəriqazın sayğac oyunu vətəndaşın cibində "partlayır
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
ƏSİL ZİYALILIQ XEYİRXAHLIQDIR
ƏSİL  ZİYALILIQ XEYİRXAHLIQDIR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR