kanal1

"Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir" - ÇAĞIRIŞ

Tarix:10-05-2024, 13:55
Baxış Sayı:2

"Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir" - ÇAĞIRIŞ

“Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir. Bəli, mən vaxtaşırı bu qurumun fəaliyyəti, onun akademik şəbəkənin bir qanadına çevrilməsi və dövlətin elm potensialına ciddi zərbə vurması haqqında silsilə yazılar yazıb, etirazımı bildirmişəm. Təəssüf ki, heç bir nəticəsi olmayıb. Elmi dərəcə və adların verilməsinə gəlincə, onların elmi bilik və bacarığa görə verilmədiyini diplom alanların özləri hamıdan yaxşı bilirlər. Qurumda alınıb-verilən rüşvətə və onun qədərinə gəlincə, prosesdə iştirak etmədiyim üçün dəqiq heç nə deyə bilmərəm. Onu yalnız müvafiq dövlət qurumları dəyərləndirə bilər. Elm sahəsində vəziyyətin dəyişməməsi, yaxud daha da pisləşməsi, alimlik diplomlarının alınıb-satılması, diplomlu, fəqət rüşvətxor, laqeyd, kəmsavad fırıldaqçılardan ibarət nəhəng və faydasız alim kontingentinin durmadan artırılması ölkəyə yaxşı gələcək vəd etmir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, professor İdris Abbasov son günlər Ali Attestasiya Komissiyası barədə rüşvət iddialarından danışarkən deyib.

Alim bildirib ki, AAK-dakı qanunsuzluqlar şəbəkə mahiyyətli olduğundan prosesdə böyük mütəşəkkil dəstənin iştirakı istisna deyil: “Şəbəkənin “zoğları” Azərbaycan Milli Elmlər Akademiyası daxil olmaqla, əksər elm və təhsil müəssisələrində, universitetlərdədir. Gələcəyimizi məhv edən şəbəkənin arxasında isə ilk növbədə vəzifəli akademik, professor, elmi rütbəli və dərəcəli digər şəxslər dayandıqları üçün mənim kimi vətəndaşların tənqidi yazıları, hətta faktlar havadan asılı qalır. Əlbəttə, azacıq həssasiyyəti, milli qeyrəti, insanlığı olan şəxs bizi diri-diri torpağa gömən, gözümüz görə-görə övladlarımızı şikəst edən cinayətkar ünsürləri pisləməkdən yorulmamalıdır. “Yal, pul, ya da vəzifə ver, səsimi kəsim, tərifə keçim, həqiqətin gözünün içinə dirənim” kimi əxlaqsız davranışa razı olan alim öz doğmasına düşmən olan çaqqal xislətli varlıqdan da pisdir. Elələrinin cəmiyyətdə söz sahibinə çevrilməsi bir müddətdən sonra şahidi olacağımız, bəlkə də, sonumuzu gətirəcək bir başqa fəlakətdir”.

Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Azəriqazın sayğac oyunu vətəndaşın cibində "partlayır
Azəriqazın sayğac oyunu vətəndaşın cibində "partlayır
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
ƏSİL ZİYALILIQ XEYİRXAHLIQDIR
ƏSİL  ZİYALILIQ XEYİRXAHLIQDIR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR