kanal1

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

Tarix:16-04-2024, 19:53
Baxış Sayı:1



Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edilib. Dəyişikliyə əsasən, yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib. Belə ki, onlar müvafiq ərazidə məişət zorakılığının qarşısının alınması sahəsində qanunla müəyyən edilmiş tədbirlər görəcək.

Maraqlıdır, icra hakimiyyətləri məişət zorakılığının qarşısının alınmasına necə töhfə verə bilər?

Məsələyə Millət vəkil Ceyhun Məmmədov aydınlıq gətirdi. O, Bizim.Media-ya açıqlamasında təəssüflə qeyd edib ki, dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da getdikcə məişət zorakılığı halları artır:

“Təsadüfi deyil ki, bu problem də davamlı olaraq mediada da işıqlandırılır. Ona görə də bizim qarşımızda mühüm vəzifə durur. Hesab edirəm ki, Ölkə Başçısının imzaladığı məlum Fərman da bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, Fərmanın icrası bu problemin həllinə öz müsbət töhfəsini verəcək. Ona görə də bu Fərmanı yalnız alqışlamaq lazımdır”.

Ceyhun Məmmədov hesab edir ki, məlum proseslərin tənzimlənməsində rayon icra hakimiyyətləri çox ciddi və müsbət rol oynayacaqlar:

“Təbii ki, bu mütərəqqi bir addım olacaq. Bu Fərman sübut etdi ki, məişət zorakılığının aradan qaldırılmasına dövlət özü müdaxilə edəcək. Dövlətinsə müdaxiləsi nəticəsiz qalmayacaq. Çünki ailə institutunun qorunması və möhkəmlənməsi də dövlət siyasətinin bir qoludur.

Dövlət çalışır ki, ailə sağlam təməl üzərində qurulsun, inkişaf etsin, zorakılıq halları aradan qalxsın və ortaya çıxan istənilən problem, anlaşılmazlıq zor gücü ilə deyil, qarşılıqlı anlaşma yolu ilə həll edilsin. Ona görə icra hakimiyyətləri yerlərdə məişət zorakılığını aradan qaldırmaq üçün çox iş görə bilər.

Yerlərdə nümunəvi ailə, uzunömürlü ailə modelləri təşviq edilə bilər. Ağsaqqalların, ağbirçəklərin nəsihətləri, həyat yolları nümunə kimi ictimaiyyət arasında geniş təbliğ olunar.

Zorakılığa meyilli ailələri tədricən başa salmaq olar ki, problemin həllində alternativ və daha ağrısız yollar var. Çünki məişət zorakılığından təkcə qadınlar və kişilər ziyan görmür. Bu məsələdə ən böyük zərbə uşaqlara dəyir. Bir sözlə məişət zorakılığının qarşısının alınmasının bır sıra həll yolları var. Bu yollara çıxışı isə yerli icra hakimiyyətləri təmin edə bilər”.

Bizim.Media

Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
"Başçıya demişik... amma nə olsun..." - GİLEY
"Başçıya demişik... amma nə olsun..." - GİLEY
Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...