kanal1

“30 min”lik rüşvət qalmaqalında adı hallanan şəxs direktor təyin edildi -İLGİNC

Tarix:4-04-2024, 19:07
Baxış Sayı:0

“30 min”lik rüşvət qalmaqalında adı hallanan şəxs direktor təyin edildi -İLGİNC

Ötən ilin dekabr ayında Hacıbaba Əliyev adına Quba şəhər 1 saylı tam orta məktəbinə direktor təyin edilmək üçün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin hazırda həbsdə olan keçmiş müdiri Rüfət Haciyevə 30 min manat rüşvət verməkdə adı hallanan Sevil Allahverdiyeva Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinə direktor təyin edilib.
Məlumata görə, əvvəllər, indi direktor təyin edildiyi Alekseyevka kənd tam orta məktəbində ibtidai sinif müəllimi olan Sevil Allahverdiyevanın Quba şəhər 1 saylı tam orta məktəbinə direktor təyin edilmək üçün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin keçmiş müdiri, hazırda həbsdə olan Rüfət Haciyevə bu təyinat üçün 30 min manat vəsait verdiyi iddia edilirdi.Bu iddiaların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını dəqiq deyə bilməsək də o zaman onun sözügedən məktəbə direktor təyin edilməsi baş tutmamışdı.

Məktəbin pedaqoji kollektivi Sevil Allahverdiyevanın təhsil ocağına rəhbər təyin edilməsinə etiraz edərək bu təyinatın həyata keçiriləcəyi halda dərslərə girməkdən imtina edəcəyini bildirmiş, məsələ barəsində aidiyyatı strukturlara öz etirazlarını çatdırmışdılar. Daha sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri məktəbə gələrək pedaqoji kollektivlə görüşüb və onlara bu təyinatın baş tutmayacağı haqda söz vermişdilər.
Ötən ay bu qalmaqallarda adı hallanan Sevil Allahverdiyeva müvafiq əmrlə Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinə direktor təyin edilib.

Məlumata görə, onun bu təyinatı Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəhbər şəxslərindən birinin sayəsində baş tutub.(7times.az)

Muxtar Babayev vəzifəsindən azad edildi
Muxtar Babayev vəzifəsindən azad edildi
Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Onların da sertifikatı ləğv olundu - Foto
Onların da sertifikatı ləğv olundu - Foto
Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
XİN: Səudiyyə Ərəbistanı Fələstin dövlətinin yaradılmasına dəstəyini bir daha təsdiqləyir
XİN: Səudiyyə Ərəbistanı Fələstin dövlətinin yaradılmasına dəstəyini bir daha təsdiqləyir
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? - Qalmaqal yaradan olay...
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? - Qalmaqal yaradan olay...