kanal1

Türk bazasına hücumun arxasında bu ölkələr dayanır – General

Tarix:13-01-2024, 12:00
Baxış Sayı:2

Türk bazasına hücumun arxasında bu ölkələr dayanır – General

Dünən İraqın şimalında “Pəncə-Kilid” hərəkatı bölgəsində ölkəmizin hərbi bazasına terrorçuların hücumu nəticəsində 9 şəhidimiz var. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.

Bu sözləri açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General Türkiyənin heç vaxt terrorçular və onu dəstəkləyənlərin qarşısından geri çəkilməyəcəyini vurğulayıb:

“Türkiyənin terrorla mübarizəsi 1984-cü ildən bəri fasiləsiz şəkildə davam edir. Terrorçuların son hücumu ilk deyil, yenə də olacaq. Anadoluda min ildir ki, bu mübarizəmiz davam edir və terrorçuların, onları dəstəkləyənlərin hücumları bizi yolumuzdan çəkindirə bilməz. Biz mehmetciyin şəhid olmasına, qazi olmasına üzülürük. Hücumun arxasında Yaxın Şərqi yenidən dizayn etmək və toqquşmanı, müharibəni bütün bölgəyə yaymaq istəyən başda ABŞ və Fransa olmaqla, imperialist güclər dayanır. Çünki PKK, PYD terror təşkilatlarını quran, onu silah-sursatla təmin edən, təlim keçən, kəşfiyyat məlumatları verən ABŞ-dır. Türkiyə boyun əymədikcə, dik durduqca, özünün və dostlarının hüquqlarını müdafiə etdikcə ABŞ da bunun əvəzini bu yollarla çıxmağa çalışır. Çünki son 10 ildə ABŞ-ın Qarabağdan Liviyaya və Ukraynaya qədər olan böyük bir ərazidəki öz hegemonluğuna hesablanmış olduğu planlarda qırılmalar meydana gəlib. Türkiyəni günahkar gördükləri üçün bəzən iqtisadi, bəzən də hərbi sahədə ölkəmizə qarşı düşmən addımlar atırlar. Ancaq belə hücumlar bizim əzmimizi sındıra bilməz. Daha qüvvətli şəkildə son terrorçu məhv edilənədək mübarizəyə davam edəcəyik”.(Axar)

Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Prezident Anar Əliyevi nazir təyin etdi
Prezident Anar Əliyevi nazir təyin etdi
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
ALLAHVERDİ BƏYLƏROVUN İLLƏRLƏ QAZANDIĞI HÖRMƏTƏ LƏKƏ SALMAQ GÖRƏSƏN KİMLƏRƏ XEYİR GƏTİRƏCƏK?
ALLAHVERDİ BƏYLƏROVUN  İLLƏRLƏ QAZANDIĞI HÖRMƏTƏ LƏKƏ SALMAQ GÖRƏSƏN KİMLƏRƏ XEYİR GƏTİRƏCƏK?
Qarabağ Universitetinin Klinikası yaradılıb
Qarabağ Universitetinin Klinikası yaradılıb