kanal1

Yardımlı meşələrin məhv edilməsi ilə bağlı araşdırma başladı - VİDEO

Tarix:23-11-2023, 14:31
Baxış Sayı:2

Yardımlı meşələrin məhv edilməsi ilə bağlı araşdırma başladı - VİDEO

"Ecofront" səhifəsi Yardımlı rayonunda meşələrin kütləvi şəkildə məhv edilməsi ilə bağlı görüntülər yayıb.

Qaynarinfo-nun məlumatına görə, bildirilir ki, 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 1 saylı meşəbəyliyinin 2 saylı dolayında meşəni son bir neçə həftədə talan ediblər.

Məlumatda 100-lərlə ağacın qeyri-qanuni kəsildiyi qeyd edilir. Həmin dolay noyabrın əvvəlindən gözətçisiz qalıb. Bundan sonra ağac kəsilməsi daha da artıb.

Ağacların heç birinin isə damğası olmayıb. Kənd sakinlərdən biri deyib ki, dünən idarədən gəlib ağaclara damğa vurublar.

6 ay öncə isə yuxarıda adı keçən dolayda təhvil-təslim zamanı 200-ə yaxın ağaca damğa vurub, ancaq akt tərtib etməyiblər. Həmin dolayın bu özbaşınalığa tab gətirməyərək işdən çıxan gözətçisi belə deyib.

İndidə idarə həmin meşəyə işdən çıxarılan gözətçini gətirib məsələni ört-basdır etməyə çalışır.

Səhifə ağacların məhv edildiyi yerdən görüntülər də paylaşıb.

Həmçinin rayonun Ləzir kəndinin meşələrində yüzlərlə cavan ağac kəsilmə sahəsi olmadan meşə təsərrüfatı mərkəzinin işçiləri tərəfindən kəsilib, UAZ markalı avtomobillərlə daşındığı iddia olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Qaynarinfo-ya bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırma gedir. Əldə etdiyimiz məlumata görə, eyni anda hüquq-mühafizə orqanları tərəfindən də sözügedən görüntülər araşdırılır.

BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...