kanal1

Oliqarx övladlarının “Sea Breeze”dəki kütləvi davasında kimlər iştirak edib? - CİNAYƏT DOSYESİ + ADLAR

Tarix:23-11-2023, 09:37
Baxış Sayı:11

Oliqarx övladlarının “Sea Breeze”dəki kütləvi davasında kimlər iştirak edib? - CİNAYƏT DOSYESİ + ADLAR

Sabunçu Rayon Məhkəməsinə bu ilin yayında "Sea Breeze"də oliqarx övladlarının iştirakı ilə baş verən kütləvi davayla bağlı cinayət dosyesi daxil olub.

ictimailider.az musavat.com-a istinadən bildirir ki, hakim qarşısına təqsirləndirilən şəxs qismində 4 nəfər - Peyman Rəhman oğlu Vəlizadə, Elmir Üzeyir oğlu İsmayılov, Məhəmməd Natiq oğlu Həsənzadə və Murad Məzahir oğlu Əhmədli çıxarılır. Bu şəxslər xuliqanlıqda ittiham olunurlar.

İş üzrə iki zərərçəkən var - Cavad Vahid oğlu Muradov və Elnur Leysan oğlu Məmmədov.

Bu ilin yayında baş verən hadisə ilə bağlı həmin zaman yayılan rəsmi məlumatda qeyd olunurdu ki, iyunun 12-də "Sea Breeze Resort" istirahət mərkəzində kütləvi dava baş verib. 1 gün sonra xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub. Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə iştirakçılarından bir qrupu saxlanılıb. Rəsmi məlumatda saxlanılanların kimliyi, dava tərəfləri haqda isə hər hansı bir bilgi verilməyib. Kütləvi davanın əsas tərəfləri kimi sabiq nazir Yavər Camalovun qardaşı oğlu Elmir Camalov və oliqarx Leysan Məmmədovun oğlu Elnur Məmmədov qeyd edilirdi.

Bildirilirdi ki, həmin axşam ərazidə Jah Khalib-in konserti və Çempionlar Liqasının onlayn translyasiyası keçirilib. Olay zamanı hətta Elmir Camalovun bıçaq xəsarəti alması xəbəri də vardı. Olaydan sonra bu iki şəxs də daxil olmaqla, 8 nəfər saxlanılmışdı.

Məhkəmə qarşısına çıxarılan təqsirləndirilən və zərərçəkənlər arasında Elmir Camalov yoxdur. Amma Camalovlarla qohumluq əlaqəsində olan Elmir İsmayılov təqsirləndirilən şəxs statusundadır. Elmir İsmayılov Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri olmuş Üzeyir Ərəstun oğlu İsmayılovun oğludur. Üzeyir İsmayılov sabiq nazir Yavər Camalovun qardaşı, iş adamı Əlikram Camalovun kürəkənidir. Elmir İsmayılovun adı mətbuatda əvvəllər də hallanıb. 2020-ci ilin iyununda mətbuatda "Bakıda iki cangüdənlə gəzən tələbə kimdir?" sərlöhvəli yazı tirajlanmışdı. Həmin yazıda Elmir İsmayılovdan bəhs olunurdu. Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan və 2 maşın cangüdənlə gəzən Elmir İsmayılovun bahalı maşın həvəskarı olduğu, hətta Bakı küçələrində sürətlə avtomobil sürməkdə ad çıxardığı iddia edilirdi.

Bloger Həbib Müntəzir məmur oğlunun avtomobil kolleksiyasına daxil olan maşınların bir neçəsinin marka və dövlət qeydiyyat nişanları haqda da məlumat yaymışdı.

- "Mercedes GL-Class 63" markalı, 90-ZZ-009 avtomobil
- "Porsche Panamera" markalı, 90-ZZ-009 nömrəli avtomobil
- "Toyota Camry" markalı, 10-AD-011 nömrəli avtomobil

- "Mercedes S63 AMG" markalı, 90-ZZ-009 nömrəli avtomobil
- "Mercedes-Benz Gelandewagen" markalı, 90-OZ-009 nömrəli avtomobil.

Qeyd edək ki, yaxınlarda dəyəri 315 min dollar olan (537 min manat) olan Land Rover Range Rover markalı avtomobil alıb.
Oliqarx övladlarının “Sea Breeze”dəki kütləvi davasında kimlər iştirak edib? - CİNAYƏT DOSYESİ + ADLAR

Blogerin yazdığına görə, Elmirin əmisi Üveysi İsmayılov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavinidir:

"Ölkədə mərmər monopoliyasına nəzarət edir. Üveysi İsmayılov Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 26 a saylı binanın yaxınlığında 3 mərtəbəli 260 kvadratmetrlik kommersiya obyekti tikdirib. O, keçmiş baş prokurorun müavini Rüstəm Usubovun kürəkənidir".

İş üzrə iki zərərçəkəndən biri olan Elnur Məmmədovun nə işlə məşğul olması barədə məlumat olmasa da, atası Leysan Məmmədovun son iş yeri Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini postu olub. Leysan Məmmədov bu ilin aprelində vəzifəsindən ayrılıb.
Oliqarx övladlarının “Sea Breeze”dəki kütləvi davasında kimlər iştirak edib? - CİNAYƏT DOSYESİ + ADLAR

Leysan Novruz oğlu Məmmədov 03.01.1963-cü ildə Tovuz rayonunda anadan olub. O, 2006-2021-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktor, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri kimi davam edib. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 14 fevral 2022-ci il tarixli 22 saylı sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adı ilə, 2014-cü ildə isə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. Ailəlidir, üç övladı var.

Oliqarx övladlarının noyabrın 21-nə təyin olunmuş məhkəmə prosesi baş tutmayıb. Cinayət dosyesini araşdıran hakim Mirheydər Zeynalovun sədrlik etdiyi proses dövlət ittihamçısının qatılmaması səbəbindən təxirə salınıb.

BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...