kanal1

`Elatus`: Azərbaycan BRENDİ... yoxsa `Made in Azerbaijan" adına LƏKƏ... - İTTİHAM VAR...

Tarix:22-11-2023, 08:57
Baxış Sayı:3

`Elatus`: Azərbaycan BRENDİ... yoxsa `Made in Azerbaijan" adına LƏKƏ... - İTTİHAM VAR...

Kölgə iqtisadiyyatının kökünün kəsilməsi hələ də müşkül məsələ olaraq qalır. Bəzi işbazlar müxtəlif yollarla bu qara işləri davam etdirməkdədirlər. Belə “şirkətlərdən” biri də Binəqədi rayonundakı “Həyat” şadlıq sarayının yaxınlığında yerləşən “Elatus” firmasıdır. Baş ofisi Mirəli Qaşqay küçəsində, filialları Fətəli xan Xoyski, Ayna Sulatnovada Əcəmi Naxçıvani küçəsində yerləşən bu firma özünü əsil Azərbaycan brendi adlandırır. Əslində isə kişi kostyumları tikməkdə ixtisaslaşmış bu firmanın rəhbərliyi əsil maxinatorlardır və firmanı “maxinasiya brendi” adlandırmaq daha düzgün olardı. Verilən sifarişləri qəsdən dar tikən firma müştərini o qədər get-gələ salır ki, nəticədə müştəri bezir və bir daha kostyumun arxasınca getmir.
Firma yetkililərinin daha bir fırıldağı Çin malının Türkiyə və İtaliya parçası adı ilə millətə sırımasıdır. Diqqətlə fikir verənlər bunu dərhal anlayır. Lakin fırıldaqçılar müştərini elə dilə tuturlar ki, çoxları bu fırıldağı anlaya bilmir. Yuxarıda qedy etdiyimiz kimi, şirin dil və şirin söhbətlər verilən sifarişin başa çatmasına qədərdir. Kostyumun darlığı, yaxud keyfiyyətsizliyi üzə çıxandan sonra val dəyişir və müştəri ilə danışıqlarda sərt ritorika işə düşür.
Firmanın tikdiyi kostyumların qiymətinə gəlincə bu, 1200-1300 manat arasında dəyişir. Halbuki nə parçanın, nə də işin keyfiyyəti buna adekvat deyildir. Təbiidir ki, müştəriyə bu qiymətə satılmasına baxmayaraq, məhsulun qiyməti rəsmi sənədlərdə az göstərilməklə vergidən yayınma halları mütləqdir.
“Elatus”un vergidən yayınma metodlarından biri də saxta müqavilərlərdən ibarətidr. Guya Rusiyada filialının açıldığını iddia edərək vatsapp vasitəsilə sifariş qəbul edilir və tikilən kişi kostyumları hava yolu ilə Rusiyaya göndərilir. Orada filialı yox, yalnız mağazası olduğundan həmin kostyumlar mağazada realizə edilir və beləliklə də “Elatus” vergidən, bəzi rüsumlardan yayına bilir, çirkli pulların “yuyulması” əməliyyatı həyata keçirilir.
Firmada insanların əməyi də istismar olunur, iş vaxtından əlavə işlərin görülməsi, əmək müqavilələrinin bağlanmaması, əmək haqqının sənədlərdə az göstərilməsi kimi hallar bu firmada adi normaya çevrilib.
Bir sözlə, bu firma ölkə qanunları ilə deyil, firma yetkililərinin müəyyən etdiyi qanunlarla işləyir.Yəqin ki belə maxinasiyalara son qoymaq vaxtı çoxdan şatıb və bu qanunsuzluqlara “dur” deyən tapılacaqdır.

Mənbə: Aktualxeber.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...