kanal1

Samanta Pauer buna cəsarət etməyib - Hacıyev

Tarix:21-11-2023, 22:49
Baxış Sayı:3

Samanta Pauer buna cəsarət etməyib - Hacıyev


Azərbaycanın 30 il davam etmiş işğala məruz qaldığı dönəmdə ABŞ Ermənistanın yanında dayanıb.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauerin yazısına cavabında sosial şəbəkədə yazıb.

“Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam etmiş işğalı zamanı bir milyon azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb”, – Prezidentin köməkçisi qeyd edib.

Onun fikrincə, sözügedən siyasət indi də “eyni formada və təzahürdə davam edir”.

“Akademik və ya peşəkar qərəzsizliyə iddia etmək düzgün olmazdı, belə ki universitetdə “İnsan haqları” təlimləri professoru kimi, Samanta Pauer “Cəhənnəmdən bir problem: Amerika və soyqırımı çağı” adlı təbliğat kitabında Ermənistanın günahsız mülki azərbaycanlılara qarşı törətdiyi soyqırımı və vəhşilik aktları qarşısında tamamilə susqun qalıb. Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi kimi, o, heç vaxt azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini qaldırmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb etməyə, hətta Ermənistanın işğalını pisləməyə cəsarət etməyib”, – o nəql edib.

Eyni zamanda, Hikmət Hacıyev Pauerin Ruben Vardanyanla sıx əlaqələrinin olduğunu və onları “azərbaycanofobiya” kimi “dəyərlər və maraqların” birləşdirdiyini xatırladıb:

“Avrora” mükafatı çətiri altında Samanta Pauer bu fondun təsisçisi, Ukraynada separatizmi maliyyələşdirən məşhur oliqarx və çirkli pulların yuyulması ilə məşğul olan Ruben Vardanyanla bir araya gəlib. Maraqlıdır ki, 2019-cu ildə Avropa Parlamentinin üzvləri “Troyka Dialoq”un təsisçisi Ruben Vardanyana qarşı çirkli pulların yuyulması sxemlərinə görə sanksiyalar tələb ediblər. Ruben Vardanyan da 2022-ci ilin oktyabrından Qarabağda möhkəmləndikdən sonra ABŞ-ın dəstəklədiyi Ermənistanın siyasi rəhbərliyinə qarşı dövlət çevrilişi planlaşdırırdı.

Azərbaycanofobiya, türkfobiya, siyasi korrupsiya, “pulbazlıq” və qondarma “Avrora” mükafatı altında siyasi spekulyasiyalar, yəqin ki, Ruben Vardanyan və Samanta Pauer arasında paylaşılan dəyərlər və maraqlar idi.

Maskanı çıxarın! Artıq Azərbaycanda USAID-in əməliyyatlarına yer yoxdur!”

DİN-dən xəbərdarlıq: tamamilə yeni dələduzluq növü – ehtiyyatlı olun
DİN-dən xəbərdarlıq: tamamilə yeni dələduzluq növü – ehtiyyatlı olun
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı