kanal1

“Azərbaycan Dəmir Yolları” 900 minlik lisenziya alır – Tenderin qalibi haqqında heç bir məlumata rast gəlinməyən şübhəli şirkətdir

Tarix:17-11-2023, 14:54
Baxış Sayı:8

“Azərbaycan Dəmir Yolları” 900 minlik lisenziya alır – Tenderin qalibi haqqında heç bir məlumata rast gəlinməyən şübhəli şirkətdir

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) informasiya-kommunakisya texnologiyaları (İKT) avadanlıqlarının lisenziyalarını yeniləyir.
Reportyor.info xəbər verir ki, QSC bununla bağlı elan etdyi tenderə yekun vurub.
Satınalma müsabiqəsinin qalibi “İsoft” MMC seçilib.
Qurumla şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 937 335,36 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “İsoft” MMC 19 iyun 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi, ev 4B, mənzil 114-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Natiq Əlövsət oğludur.
Açıq mənbələrdə “İsoft” MMC haqqında heç bir məlumat yoxdur.
Araşdırmalarımız zamanı məlum olub ki, adı heç bir yerdə olmayan, hətta saytı və əlaqə telefonları olmayan bu şirkət tenderlərdə fəal iştirak edir.

Maraqlıdır ki, “İsoft” MMC İKT sahəsində fəaliyyət göstərsə də, 15 il ərzində özünə bir sayt qura bilməyib. Hər halda bu tip şirkətlər veb-səhifə yaratmaqda maraqlı olmalıdırlar. Bu, ən azı göstərdiyi xidmətlər haqqında müştərilərin rahat məlumat əldə etməsi üçün lazımdır.
MMC-nin adına “Facebook” səhifəsi var ki, onu da cəmi 206 nəfər bəyənib. Əgər bu doğrudan da şirkətin səhifəsidirsə, o zaman bəyənmə sayı “İsoft”un ciddiyyətinə kölgə salır. Ya da belə qənaət formalaşır ki, bu şirkət sadəcə tender oyunlarında iştirak üçün yaradılıb.
“Azərbaycan Dəmir Yolları” QSC dövlət qurumudur. Dövlət qurumları keçirdikləri satınalma müsabiqələrində əlbəttə ki, maddi-texniki bazası güclü və fəaliyyət göstərdiyi sahədə kifayət qədər ciddiyyəti olan şirkətlərin qalib gəlməsində maraqlı olmalıdır. Ən azı layihənin icrasında heç bir problemlə üzləşməmək üçün.
Amma nədənsə QSC 900 minlik tenderi “İsoft” MMC haqqında hər hansı məlumat olmayan şirkətə verib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovdur. O, bu vəzifəyə 2022-ci ildə təyin edilib.

Reportyor.info

DİN-dən xəbərdarlıq: tamamilə yeni dələduzluq növü – ehtiyyatlı olun
DİN-dən xəbərdarlıq: tamamilə yeni dələduzluq növü – ehtiyyatlı olun
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı