kanal1

Nehrəmdə MƏKTƏB YEYİNTİSİ... - FHN AŞKARA ÇIXARDI

Tarix:10-11-2023, 08:57
Baxış Sayı:4

Nehrəmdə MƏKTƏB YEYİNTİSİ... - FHN AŞKARA ÇIXARDI

Babək rayon Nehrəm qəsəbəsindəki 3 saylı orta məktəbdə təmir-tikinti işləri zamanı baş verən pozuntuları səhifəmizdə işıqlandırdıqdan sonra FHN yoxlamalara başlayıb. Monitorinq zamanı digər ciddi pozuntularla yanaşı, bina tavanı betonunun standartlara uyğun olmadığı ortaya çıxıb. Bu səbəbdən təmir-tikinti işlərinin dayandırılması və yenidən layihələndirilməsi ilə bağlı qərar verilib.
Məktəbdəki təmir-tikinti işlərinin gecikdirilməsi ilə bağlı bir neçə gün öncə ”Gündəlik Naxçıvan” səhifəsi məlumat vermişdi. Buna səbəb kimi tikinti üçün ayrılan pulların təyinatı üzrə xərclənmədiyi göstərilirdi.
Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin əməkdaşı Həbib Kərimov Naxçıvan Televiziyasına müsahibəsində bildirib ki, binanın gələcəkdə təhlükəsiz istifadəsi üçün qabaqlayıcı tədbirlər görülməli, bərpa-gücləndirmə işləri aparılmalıdır:
“Bura seysmik ərazi olduğundan, tikilən binaların uzunluğu maksimum 60 metr olmalıdır. Buradaisə, standartlardan 10 metr artıq, 70 metrdir. Bu uzunluqda binanın dam örtüyü tavanının qalınlığı munimum 170 mm. olmalıdır. Yoxlamalar zamanı isə bəlli olub ki, tavanın qalınlığı 15 mm azdır. Bundan əlavə, məktəbin binası düzgün layihələndirilməyib, fövqəladə hallar üçün çıxışlar qoyulmayıb”.
O bildirib ki, nöqsanlar barədə tikintinin sifarişçisi və podratçısı da məlumatlandırılıb.
922 şagird yerlik məktəb 2021-ci ilin ortalarından təmir adı ilə bağlanıb. 2022-ci il martın 31-də təmir zamanı binanın divarlarından biri çöküb. Qəza nəticəsində 3 fəhlə həlak olub, biri isə yaralanmışdı. Qəzaya səbəb, təmirə ayrılan vəsaitin mənimsənilməsi göstərilirdi. Qəzadan sonra binanda köklü təmir-tikinti işlərinə başlanılmışdı.

Mənbə: ”Gündəlik Naxçıvan”

DİN-dən xəbərdarlıq: tamamilə yeni dələduzluq növü – ehtiyyatlı olun
DİN-dən xəbərdarlıq: tamamilə yeni dələduzluq növü – ehtiyyatlı olun
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı