kanal1

"MTN işi" Ali Məhkəmədə dalana dirənib - Mövlam Şıxəliyev şərtini geri götürmür

Tarix:2-11-2023, 16:00
Baxış Sayı:3

"MTN işi" Ali Məhkəmədə dalana dirənib - Mövlam Şıxəliyev şərtini geri götürmür


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev və digərlərinin kassasiya şikayətinə baxılması dalana dirənib.

Səbəb Mövlam Şıxəliyevin hələ də şərtini geri götürməməsidir.

Məlumat üçün deyək ki, keçmiş idarə rəisi prosesdə iştirakı üçün məhkəmədən cəzaçəkmə müəssisəsinə qaytarılmasını istəyir. Bu isə qanunsuzdur. Çünki məhkəmə müddəti boyunca müqəssirlər təcridxanada saxlanılmalıdır. Mövlam Şıxəliyev isə Kürdəxanı təcridxanasına getməkdən imtina edib.

Əldə etdiyimiz məlumata görə, zərərçəkənlərin israrına baxmyaraq, növbəti proseslə bağlı hələ vaxt müəyyən edilməyib. İddia olunur ki, bu Mövlam Şıxəliyevin şərti ilə bağlıdır. O, geri çəkilməyəcəyi təqdirdə prosesin necə keçiriləcəyi bəlli deyil.

Bəzi iddialara görə, Mövlam Şıxəliyev və digərləri Ali Məhkəmədə sadəcə işi yubatmağa çalışırlar. Bunun arxasında hansı məqsədin dayandığı məlum deyil.

Bildirilir ki, zərəçəkənlər məsələ ilə bağlı yuxarı instansiyalara müraciət etmək niyyətindədirlər. Onlar prosesin Mövlam Şıxəliyev və digərlərinin iştirakı olmadan keçirilməsini istəmirlər. Zərəçəkənlər ümid edir ki, keçmiş idarə rəisi prosesə məcburi gətirilə bilər. //Qaynarinfo//

“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ -Naftalanlılar
“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ -Naftalanlılar
Göyçay Rayon İcra Hakimiyyəti Qazi zad tanımır.. Tanısaydı qaziyə "ittutan" vəzifəsi verməzdi, onuda ...
Göyçay Rayon İcra Hakimiyyəti Qazi zad tanımır.. Tanısaydı qaziyə "ittutan" vəzifəsi verməzdi, onuda ...
Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR – ŞİKAYƏT/FOTO
Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR – ŞİKAYƏT/FOTO
DTX dövlətə xəyanət etməkdə təqsirləndirilən Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib
DTX dövlətə xəyanət etməkdə təqsirləndirilən Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib
Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq
Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA