kanal1

ƏSL ZİYALILIQ XEYİRXAHLIQDIR

Tarix:2-11-2023, 14:03
Baxış Sayı:136

ƏSL ZİYALILIQ XEYİRXAHLIQDIR

Arxalıya arxa durma deməsinlər yamaqdı,
Arxalıya arxa dur ki,
desinlər ki,dayaqdı.

Yazıma Azərbaycanın görkəmli ilk xalq şairi Səməd Vurğunun belə bir dəyərli aforizmi ilə başlamağım heç də təsadüfi deyil.
Müdrik bir kəlamda deyildiyi kimi insan dünyaya gələrkən onun ruhu və zəkası bəyaz lövhənin əksinə bənzəyir. Böyüyüb, yetkinləşərək, kamala çatdıqca aldığı elm onun mənəviyyatına ziya saçır. Ziyalılar üstün təbəqənin nümayəndələridir.
Zaman keçdikcə həyat dəyişir, insan şüuru sürətlə zirvələrə doğru yol açır. Yurdumuz, vətənimiz yetirdiyi xeyirxah, ziyalı insanların nurunda inkişafa doğru irəlilədikcə biz yazarlar ilham alır, onların həyat və fəaliyyətini işıqlandırmaq arzusunu reallığa çeviririk.
  Elə mən də bir yazar olaraq yazımın əsas qəhrəmanının şərəfli ömür yolunu işıqalandırmaq, xayirxah əməllərini, şəfalı əllərindən bəhrələnən posientlərinin xeyir-duasını qələmə almaq kimi arzumu reallaşdırmaq məqsədilə yola çıxdım.
Haqqında qələmə alacağım insan da arxasıza dayaq duran, sözün həqiqi mənasında imkansızlara qol-qanad olan, əsil ziyalı ömrü yaşayan Qaradağ Əlvan Metal Zavodunun direktoru Nazim Həsənov şərəfli həyat yolu keçmişdir. Nazim Həsənov vətəninə, xalqına, torpağına bağlı bir insan, ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil Azərbaycanlıdır. Hər zaman sadəliyi, xeyirxahlığı ilə seçilən Nazim müəllimin sözünün əvvəli-axırı insandır. İnsanın dərdi, kamilliyi, qəhrəmanlığı, naqisliyi, nadanlığıdır. Bütün insanlar yaxşı əməl sahibi, xeyirxah olsaydı faciələr törənməz, qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı!-deyir Nazim müəllim.
Yaxşı insan və xeyirxah əməl ölməzdir. Nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir, xatırlanır, gələcək nəsillərə bir örnək kimi nümunə göstərilir. Nazim Həsənov bütün işçi kollektivinin, tələbələrinin hər zaman sözünü səbrlə dinləyir, hər birinə əlindən gələn köməkliyi göstərir, heç bir zaman ona pənah gətirən insanları naümid qaytarmır.Sadəlik insanın gözəlliyi, təvazökarlıq isə təbiəti, xarakteridir. Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan Nazim müəllimdə var. Heç nəyə biganə yanaşmır, hər zaman şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara xüsusi qayğı göstərir, heç kəsdən bacardığı köməkliyi əsirgəmir.
Bəli, öz xəstələrinə doğma insanı kimi münasibət bəsləyən Nazim Həsənov onların hər birinə ata qayğısı ilə yanaşır, hər biri ilə səmimi rəftar edir. O, sözünün qədir-qiymətini bilən insandı. Onun sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçib, zaman dəyişsə də Nazim müəllim dəyişməz qalır.
Nazim Həsənovun ən yaxşı xüsusiyyətlərindən biri də jurnalistlərin ürəyini fəth edə bilməsidir. Heç zaman jurnalistlərdən qaçmaz, onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Ən əsas xüsusiyyəti isə dəqiqliyi, qərəzsizliyi, obyektivliyi çox sevir və bütün qələm sahiblərinə bunu tövsiyyə edir. Ağa ağ, qaraya qara demək lazımdır, yalan məlumatlar cəmiyyətə, insanlara və gələcək nəsillərə zərər gətirər deyə tövsiyyə edir.Mənim belə bir insan haqqında yazmaq istəməyimin əsas səbəbi də məhz Nazim Həsənovun dəyişməz xarakterli olması, hər kəsə eyni gözlə baxması, etdiyi hər hansı bir iş olur-olsun heç bir təmənna gözləməməsi, heç kəsdən əlindən gələn köməyini əsirgəməməsidir.
Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından fəaliyyətinin bütün dövrlərində özünün yüksək milli-ictimai şüuru, mədəniyyəti, yüksək prinsipiallığı, heyrətləndirici əmək qabiliyyəti, böyük analitik düşüncəsi, sadəliyi, təvazökarlığı və son dərəcə humanistliyi ilə fərqlənən, həkim adlı şərəfli peşə sahibini, bu adın mənəvi yükünü təmiz, vicdanla daşıyan və sözün həqiqi mənasında bu ada layiq olan Nazim Həsənovu qarşıdan gələn Zəfər bayramı münasibətilə ürəkdən təbrik edir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi məsuliyyət tələb edən çətin işində uğurlar arzulayıram.
Şərəfli fəaliyyətiniz,ləyaqətli ömrünüz uzunömürlü, davamlı olması arzusu ilə, mən:
Şəfa Şəmsəddin qızı Paşayeva

“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ -Naftalanlılar
“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ -Naftalanlılar
Göyçay Rayon İcra Hakimiyyəti Qazi zad tanımır.. Tanısaydı qaziyə "ittutan" vəzifəsi verməzdi, onuda ...
Göyçay Rayon İcra Hakimiyyəti Qazi zad tanımır.. Tanısaydı qaziyə "ittutan" vəzifəsi verməzdi, onuda ...
Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR – ŞİKAYƏT/FOTO
Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR – ŞİKAYƏT/FOTO
DTX dövlətə xəyanət etməkdə təqsirləndirilən Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib
DTX dövlətə xəyanət etməkdə təqsirləndirilən Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib
Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq
Avropa İnvestisiya Bankı Ukraynaya daha 116,5 milyon avro ayıracaq
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
İcbari tibbi sığorta fondunun büdcəsi təsdiqləndi - Fərman
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA
DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA