kanal1

Məhbus internetə görə Penitensiar Xidməti məhkəməyə verib - TƏFƏRRÜAT

Tarix:31-10-2023, 15:22
Baxış Sayı:7

Məhbus internetə görə Penitensiar Xidməti məhkəməyə verib - TƏFƏRRÜAT

Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus Firudin Etibar oğlu Zeynalov Penitensiar Xidməti məhkəməyə verib.

Bu haqda Firudin Zeynalovun hüquqlarının müdafiəsi ilə məşğul olan Hüquqşünaslar Qrupunun koordinatoru, hüquqşünas Səyyad Yusifli məlumat verib.

Səyyad Yusiflinin sözlərinə görə, Zeynalov həbs olunmazdan əvvəl ölkədə və dünyada baş verən hadisələrlə yaxından maraqlanıb və hazırda onun gündəlik xəbərləri oxumasına, ölkədə baş verən hadisələri və məhkəmə işləri barədə xəbərləri, qərarları izləməsinə ehtiyacı var. Bundan əlavə, onun hüquqlarının pozuntusu ilə bağlı Avropa İnsan hüquqları Məhkəməsinə 2 şikayət göndərilib, bir şikayətin də göndərilməsi planlaşdırılır.

Zeynalovun vəkili Fariz Namazlı Penitensiar Xidmətə müraciət edərək Firudin Zeynalovun nəzarət altında “www.e-qanun.az”, “www.president.az”, “www.azertag.az”, “echr.coe.int”, www.meclis.gov.az internet saytlarına daxil olmasına şərait yaradılmasını xahiş edib. Penitensiar Xidmət 02 avqust 2023-cü il tarixli cavabında göstərib ki, müraciətin təmini imkan xaricindədir.

Zeynalov hesab edir ki, Penitensiar Xidmətin bu imtinası qanunsuzdur və onun məlumat almaq hüququnu pozur. Buna görə də, Firudin Zeynalov məlumat əldə etmək hüququnun pozuntusuna dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edib.

İddia ərizəsində Firudin Zeynalovun internet saytlarına girişə icazənin verilməsi öhdəliyinin Penitensiar Xidmətin üzərinə qoyulması qeyd edilib.

Qeyd edək ki, Firudin Zeynalov Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3 və digər maddələri ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

​DİA.AZ

Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
“Baku Electronics”dən mal alan müştəri peşman olub – Video
“Baku Electronics”dən mal alan müştəri peşman olub – Video
“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ -Naftalanlılar
“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ -Naftalanlılar
Göyçay Rayon İcra Hakimiyyəti Qazi zad tanımır.. Tanısaydı qaziyə "ittutan" vəzifəsi verməzdi, onuda ...
Göyçay Rayon İcra Hakimiyyəti Qazi zad tanımır.. Tanısaydı qaziyə "ittutan" vəzifəsi verməzdi, onuda ...