kanal1

Gəncədə nəqliyyat ÖZBAŞINALIĞI... - Buraların bir yiyəsi yoxdur?

Tarix:31-10-2023, 08:18
Baxış Sayı:4

Gəncədə nəqliyyat ÖZBAŞINALIĞI... - Buraların bir yiyəsi yoxdur?


Gəncə şəhərinin bir qrup sakini tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, Gəncə şəhərində 1, 6, 7 və 9 nömrəli avtobusun sürücüləri qanunlara məhələ qoymurlar:

"Biz sakinlər sizdən xahiş edirik ki, problemimizi işıqlandırmaqda kömək edəsiniz.

Belə ki, adlarını çəkdiyimiz marşrut xətlərində özbaşınalıq yüksək səviyyədədir. Avtobusa yaşlı da minir, cavan da. Sürücülər avtobusu yüksək surətlə idarə edirlər. İrad bildirdikdə isə, bu narazılığa laqeyid cavab verərək, “bizə vaxt qoyurlar, gecikəndə aləm bir-birinə qarışır” deyirlər.

Nə vaxt baxsanız, görərsiniz ki, telefon əllərində, yazışırlar. Canımız təhlükədədir. Başa düşürük ki, avtobus azdır, tez gedib qayıtmalıdırlar, amma belə səhlənkarlıq çox sayda qəzalara səbəb olur. 7 gün öncə məktəbli qız düşərkən, sürücü avtobusu sürdü, qız yerə yıxıldı. Heç dayanıb maraqlanmadı kı, görəsən, nəsə oldu, ya yox.

Avtobus sürücülərinin içki və s. pis vərdişləri var, ya yoxdur, araşdırmaq lazımdır. Gəncədə avtobus az olsa da, gündə bir adam avtobus sürür, sanki yoldan hər keçəni işə götürürlər.

Cavabdeh yerlərlə əlaqə saxlanılır, “nəzərə alınacaq” deyib, heç bir tədbir görmürlər.

Onu da qeyd edək ki, 5 və 33 nömrəli marşrut xətti tamamilə yarasız vəziyyətdədir, avtobuslar çürüyüb, dağılıb tökülür. Amma idarədən deyirlər ki, bizlik deyil, yeniləri verilmir. İnsanların canını təhlükəyə atırlar.

Biz sürücülərin pis vərdişlərinin yoxlanılmasını tələb edirik. Çünki normal insan avtobusadan sərnişin düşməmiş maşını sürməz. Bu hal hər gün adlarını çəkdiyimiz marşrutlarda davam edir.

Sizdən xahiş edirik ki, problemimizi işıqlandırın, bəlkə tədbir görülə”.

Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
“Baku Electronics”dən mal alan müştəri peşman olub – Video
“Baku Electronics”dən mal alan müştəri peşman olub – Video
“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ -Naftalanlılar
“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ -Naftalanlılar
Göyçay Rayon İcra Hakimiyyəti Qazi zad tanımır.. Tanısaydı qaziyə "ittutan" vəzifəsi verməzdi, onuda ...
Göyçay Rayon İcra Hakimiyyəti Qazi zad tanımır.. Tanısaydı qaziyə "ittutan" vəzifəsi verməzdi, onuda ...