kanal1

Salyanın icra başçısı ilə bağlı ŞOK İDDİA... - BU NƏDİ BELƏ?!

Tarix:27-10-2023, 19:08
Baxış Sayı:5

Salyanın icra başçısı ilə bağlı ŞOK İDDİA... - BU NƏDİ BELƏ?!


Salyan Rayon İcra Hakimiyyəti başçısına aid olan məvacibi Hətəmov Sevindik Hacağa oğlu alır... - Salyan rayonunda qayğıya ehtiyacı olan aztəminatlı ailələrə HAQSIZLIQ...ŞİKAYƏTÇİLƏR imdad diləyirlər...

ictimailider.az Gundelik-baku.com-a istinadla bildirir ki, bu haqda Salyan sakini tərəfindən qaynar xəttimizə göndərilən şikayət məktubunda məlumat verilib. Şikayətçinin sözlərinə görə, aztəminatlı ailələrlə bağlı Salyan RİH-ə göndərilən müraciətlərə baxılmır, komissiya bizlərə haqsızlıqlar edir və buna da göz yumulur: "Küçələrdə iki azyaşlı uşağımı nə zülmlərlə böyüdürəm, çox acınacaqlı durumdayam. Komissiyaya nə qədər müraciət etmişəmsə, hamısı cavabsız qalıb. Sizdən xahiş edirik ki, bu haqsızlığı bizdən duyub lazım olan yerlərə çatdırasınız".
Bəli, bu gün Salyan Rayonunda qayğıya ehtiyacı olan aztəminatlı ailələr fəryad diləyir... Rayona rəhbərlik edən şəxslərdən kömək istəyirlər... Onların da ürəklərində olan arzularının çin olmasını diləyirlər. Amma əvəzində nə görürlər..? Qayğı və diqqət əvəzinə, qayğısızlıq və diqqətsizlik.
Ölkə Başçımızın vətəndaşlarımıza çox böyük nəvazişlə yanaşması, deyəsən, Salyan Rayon İcra Hakimiyyətinin işçilərinin və Salyan Rayon rəhbər vəzifələrdə çalışanların diqqətindən qaçır... Bir məsələni xatırladaq ki, bu gün Ölkə Başçımız - Cənab Prezidentimiz hər bir vətəndaşımıza diqqət və qayğı ilə yanaşır. Yerlərdə olan məmurların vəzifə borcları vətəndaşlarımıza xidmət etməkdir. Xatırladaq ki, sözügedən rayon Salyan Rayonudur. Salyan Rayon İcra Hakimiyyətində İcra Başçısı məvacibini Hətəmov Sevindik Hacağa oğlu alır. Məsələnin ciddiliyini nəzərə alaraq daha geniş araşdırma yazısını hazırlayacağıq.

BMT-nin Yəməndəki əməkdaşı ölüb
BMT-nin Yəməndəki əməkdaşı ölüb
“Best Beef” sosiskalarında donuz əti DNT-si aşkarlandı - Fotolar
“Best Beef” sosiskalarında donuz əti DNT-si aşkarlandı - Fotolar
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..