Bəşəriyyət iki sütun üzərində bərqərar olmuşdur. Onlardan biri müəllim, digəri isə həkimdir.
“Sağlam bədəndə sağlam ruh olar” deyən atalarımız bu kəlamı məhz hər iki sənət sahibləri-müəllim və həkimlər üçün söyləmişlər. Çünki müəllim elm, təlim-tərbiyə, əxlaq mənbəyidir. Həkimlik isə bütün bunlarla yanaşı bəşəriyyətin sağlamlığının keşiyində duran müqəddəs peşə sahibləridir.
Yazımın əsas qəhrəmanı cərrah oftalmoloq Xəlil Hüseynovdur.Gəlin haqqında qürurla qələmə aldığım bu dəyərli insanın,neçə-neçə gözlərə nur verən Xəlil Hüseynovun keçdiyi şərəfli ömür yoluna nəzər salaq:
Cərrah-oftalmoloq Xəlil Hüseynov 1969-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur.
1986-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olub, 1994-cü ildə həmin universiteti bitirmişdir.
Xəlil Hüseynovun İxtisaslaşma təhsili:
1997-2001-ci illərdə Dominikan Respublkikasının Santo Domingo şəhərində yerləşən
Xəlil Hüseynov Pedro Henriquez Urena adına Universitetdə tibb təhsili alaraq ümumi oftalmoloq diplomuna layiq görülmüşdür.
2002-2003-cü illərdə ABŞ-ın Florida ştatının Mayami şəhərində yerləşən Bascom Palmer Eye Institute-da ixtisasaslaşma və təkmilləşmə məqsədilə bir illik fellowship “Cornea ve refraktive” cərrahiyyəsindən keçmişdir. Daha sonra Xəlil Hüseynov aşağıdakı təkmilləşmə kurslarında iştirak etmişdir:
“Cornea“ kursları, ABŞ, 2004
“Ön seqment“ kursları, İspaniya, 2005-ci ildə
“Ön seqment“ kursları, Fransa, 2006-cı ildə
“Qlaukoma“ kursları, Avstriya, 2007-ci ildə
“Cornea“ kursları, İtaliya, 2007-ci ildə
“Qlaukoma“ kursları, ABŞ, 2009-cu ildə
Xəlil Hüseynovun İşlədiyi yerlər:
2004-2009-cu illərdə Bakıda CCR Qeyri-hökümət humanitar təşkilatlarının oftalmoloji şöbəsinin rəhbəri olmuşdur.
2007-2014-cü illərdə Bakıda BRİZ-L oftalmoloji klinikasında baş həkim işləmişdir.
2014-cü ildən bu günə kimi Respublika Müalicə Diaqnostika Mərkəzinin Oftalmologiya şöbəsinin rəhbəridir.
Peşəkar fəaliyyəti dövründə əhalinin tibbi maarifləndirilməsində və imkansız şəxslərə yardım məqsədilə televiziyalarda təşkil olunan xeyriyyəh aksiyyalarında yaxından iştirak edir. Güzəştli göz əməliyyatlarını da həyata keçirmişdir.
XəlilHüseynov Oftalmoloq-cərrah kimi çalışdığı klinikada müxtəlif göz xəstəliklərinin cərrahi müalicəsi, defektlərin korreksiyası ilə məşğul olur. Doktor Xəlil Hüseynov aşağıdakı göz xəstəliklərinin müalicəsini həyata keçirir:
Anadangəlmə katarakta, Katarakta, Qlaukoma, Diabetik retinopatiya, Buynuz qişa xəstəlikləri, Mirvari suyu əməliyyatları, Çəpgözlüyün korreksiyası, aradan qaldırılması, Göz daxili təzyiq, Göz dibinin müayinə və müalicəsi və sairə göz xəstəlikləri.
Xəlil Hüseynovun Üzvü olduğu beynəlxalq təşkilatlar:
American Academy of Oftalmology(AAO)
American Society of Cataract and Refractive Surgery (ASCRS)
European Society of Cataract and Refractive Surgery (ESCRS)
Xəlil Hüseynov vaxtaşırı təmsil olunduğu beynəlxalq oftalmoloji cəmiyyətlərin konfranslarında iştirak edərək xarici həmkarlarla informasiya mübadiləsində aktiv iştirak edir, öz təcrübələrini xarici mütəxəssislərlə bölüşür.
Onun şəfalı əlinin, xeyirxah, təmənnasız əməllərinin canlı şahidi olanlar onu bizim Xəlil həkim adlandırır. Xəlil həkim zəngin mənəviyyata, yüksək insani keyfiyyətlərə malik olan sakit təbiətli bir insandır. O, həmçinin xoş rəftarı, diqqət və davranışı ilə də qəlblərə məlhəm olan bir ziyalı həkimdir.İnsan adətən həkimə gedən zaman həyəcanlanır, qorxu hissi keçirir. Xəlil həkim xəstə ilə nəinki həkim-xəstə münasibətində olur, eyni zamanda xəstələrlə tam səmimi münasibət yaradır, onların hər biri ilə öz doğması, yaxını kimi rəftar edir.İmkansız insanlara, şəhid ailələrinə, yaşlı nəslə təmənnasız əl tutması, onların qayğısına qalması həkimin əsas xüsusiyyətidir. Çünki o, öz peşəsini sevən və ona sadiq qalan gözəl həkim, dəyərli insandır. Xəstələrinin dili ilə desək, Xəlil həkimin yanına gedib, onunla söhbət etmək özü bir məlhəmdir insana.
Xəlil həkim, ölkəmizdə səhiyyəyə yetərincə diqqət ayrılırmı və səhiyyəmizdə nə kimi yeniliklər görürsünüz sualını birmənalı olaraq belə cavablandırır: Səhiyyəmizə yetərincə diqqət ayrılır və mən deyərdim ki, gördüyümüz kimi Azərbaycan səhiyyəsi durmadan inkişaf etməkdədir. Məhz bu səbəbdən biz Heydər Əliyev Fondunun Prezidenti, UNESKO VƏ İSESCO-nun xoşməramlı səfiri, Respublikamızın I Vitse Prezidenti Mehriban xanım Əliyevaya minnətdarıq.Həkimlik sənətinin çətin, məsuliyyətli və gərəkli sahə olduğunu, bütün çətinliklərə baxmayaraq öz işinin öhdəsindən layiqincə gələn Xəlil Hüseynovun fikrincə savadlı və işini bilən təcrübəli həkim üçün heç bir qorxu yoxdur. İnsan gərək öz tutduğu peşənin kamil bilicisi, mütəxəssisi olsun. Ümumiyyətlə, bütün peşələrə məsuliyyətlə yanaşmaq lazımdır.
__ Bir həkim kimi ən böyük sevinciniz nədir? - sualını Xəlil həkim öz xarakterinə uyğun cavablandırır:
Mənim üçün xəstələrimin şəfa tapması və mənə xeyir-duasından böyük sevinc, xoşbəxtlik ola bilməz. Mənə öz peşəmi sevdirən məhz bu amillərdir. Xəlil həkim haqqında onun otağının qarşısında durub səbrlə növbə gözləyən xəstələrin danışdıqlarından, onların həkimin ünvanına söylədiyi xeyir-duadan bir daha başa düşdüm ki, hər bir xəstənin ümid və inam yeridir Xəlil həkim.
Bəli, Xəlil həkim haqqında eşitdiklərimizdən belə qənaətə gəlmək olar ki, onun varlığı, hər bir dəqiqəsi insan həyatı üçün dəyərlidir, vacibdir. Onların hər biri onun şəfalı əllərindən sağlamlıq payı umur. Və inanırlar ki, öz hisslərində yanılmayıblar.
Bəli, dəyərli oxucular! Haqqında sizə bəhs etdiyim Xəlil Hüseynov həqiqətən də olduqca səmimi və xeyirxah insan, xeyirxah olduğu qədər də öz işinə bütün varlığı ilə bağlı olan dəyərli həkimdir. Onun əlinin şəfasından xeyir görənlər onu bizim Xəlil həkim adlandırmaqda heç də yanılmayıblar. Bütün insani keyfiyyətlərə malik olan Xəlil həkimə sağlıqlı uzun ömür diləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində müvəffəqiyyətlər arzulayıram.