kanal1

EL ÜÇÜN AĞLAYAN İKİ GÖZDƏN OLAR...

Tarix:26-09-2023, 14:53
Baxış Sayı:482

EL ÜÇÜN AĞLAYAN İKİ GÖZDƏN OLAR...Bu atalar sözünü əbəs yerə demədim. Bəlkə çoxları bu atalar sözünü oxuyarkən ataların əsəbi olduqları halda bu misalı dilə gətirdiklərini deyəcək.Ancaq bir çoxları da atalara haq qazandıracaq. Elə mən də həmişə olduğu kimi bu gün də ataların sözünü dəstəkləyirəm.Və ümid edirəm ki, yazımın əsas məqsədi ilə tanış olduqda siz də atalarımızı, çıraqla axtardığımız o köhnə kişilərin belə dəyərli sözünü dəstəkləyəcəksiniz Söhbət, Abşeron rayon Xırdalan şəhəri Yanğından Mühafizə İdarəsinin yanında,yaşayış binasında olan, şəhərin mərkəzində antiasanitar vəziyyətlə, xəstəlik yaradan şəraitdə zibil qablarının vaxtlı vaxtında boşaldılmaması, ora yaxın olan obyektlərin zibili yeşiklərində yer tapmadıqları səbəbindən yerə boşaltmalarında və həmkarımız Vəfa xanım Namazovanın apardığı operativ çəkilişdən gedir. Hər birimizə yaxşı məlumdur ki, xalqımız yenidən Covid 19 Koronavirus xəstəliyinin geri qayıtması qorxusu pandemiyanın yenidən yaranması təhlikəsi ilə üz-üzdədir, və bu xəstəliklərin mənbəyi natəmizlikdir.Yəqin deyəcəksiniz ki, oranı zibilləyən axı ətraf deyil, sakinlərdir?! Bəli doğrudur sizinlə razıyam Ancaq zibili yerə atmaqlarının düz olmadıqları fikri ilə...
Bununla bağlı fəaliyyəd göstərən qurumlar var və bu səbəbdən də çəkilişlə bağlı yazını qələmə almağı özümə borc bildim həmkarımızın üzləşdiyi vəziyyətləri yazar vətəndaş olaraq bizi daha da sarsıtdı.Həmin iyrənc vəziyyətin o xəstəlik yayan görüntünü aradan qaldıranlar isə torpaqlarmızın ərazibütövlüyü uğrunda canından, sağlamlığından keçən vətən fədailərimiz müharibə veteranımızdır. Həmkarımız Vəfa xanımın apardığı müsahibədə eşitdiklərimiz bir daha deməyə şərait yaradır ki, bu gün dövlət məmurları arasında hələ də Azərbaycan Resbubilkasının Prezdenti silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin, Bütün məmurlara dəfələrlə demişəm ki, biz hamımız xalqın xidmətçiləriyik Budur bizim vəzifəmiz!- kəlməsini dırnaqarası qarşılayır. Bəli düz eşitdiniz, dırnaqarası. Bəlkə deyəcəksiniz ki, bu kəlama müraciət etməyə nə əsas vardı? Buna da aydınlıq gətirim.Vəfa xanımın müsahibə götürdüyü şəxslərdən biri Vətən müharibəsi veteranıdır. Əvvəla ürəkağrısı ilə qeyid edim ki təssüflər olsun ki, bizim ana-bacılarımızın namusunu öz namusu hesab edib silaha sarılan,sağlamlığından keçən qeyrətli qardaşlarmızın o cür işlə təmin olunması, hələ bu da
azmış kimi, aylıq əmək haqqına görə 600 (altı yüz) Azərbaycan manata yaxın məbləğə imza atmasına baxmayaraq,325 manat almaları daha da sarsıdıcıdır.Bizi torpaqlarımıza qovuşduran,30 illik işğala son qoyaraq hər birimizə Qələbə sevinci yaşadan oğullarımızın halal haqqı niyə mənimsənilir?Doğrudanmı,həmin zəhmətkeş işçilərin çəkdiyi əziyyətlərin bəhrəsini Abşeron Rayon MKTB-nin 1 Saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Mehman Səfərov görür? Əks halda cah-cəlallı şərait yaradıb, luks maşın almaq quru maaşla mümkündürnü? Əslində,deyilənlərə deyil,gördüklərimizə əsasən,danışmağa hər zaman üstünlük vermişəm.Ancaq bu gün gördüyüm həqiqətlər deməyə əsas verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin rəisi Mehman Səfərov heç də özlərinin qeyd etdiyi kimi quru maaşa işləmir.
Daha da dəqiq desəm, Mersedess Qalenvagen markalı maşın idarə etmək mümkünsüzdür.
Sağlığınıza qismət Mehman müəllim!
Ancaq yeyəndə elə yeyin ki,nə şiş yansın,nə də kabab!
Yəni,qul haqqını kəsməklə,yeməklə, yalnız və yalnız ilk öncə özünüzü,sonra da ailəsi,övladı üçün hər cür çətinliklərə qatlaşan kasıb fəhləni aldada bilərsiz,Allahı əsla!!!
Ümid edirəm ki,bu yazımdan sonra aidiyyatı qurumlar Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin rəisi Mehman Səfərovun fəaliyyətini araşdıracaq, işçilərin halal haqqını mənimsəməsi ilə bağlı ölçü götürəcəklər.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Bizi izləyin.

EL ÜÇÜN AĞLAYAN İKİ GÖZDƏN OLAR...



AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -Tam bir “moşenniklik” sxemi qurub
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -Tam bir “moşenniklik” sxemi qurub
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
Masallı Rayonu 3 saylı məktəbdə qanunsuzluqlar bitmir! -Gələn yoxlamalar niyə susur?
Masallı Rayonu 3 saylı məktəbdə qanunsuzluqlar bitmir! -Gələn yoxlamalar niyə susur?
ABŞ-nin qrant proqramları Bakı və regionlarda hansı layihələri əhatə edir?
ABŞ-nin qrant proqramları Bakı və regionlarda hansı layihələri əhatə edir?
Prezident ona yüksək vəzifə verdi
Prezident ona yüksək vəzifə verdi
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...