kanal1

İcra başçısı ilə keçmiş məmur arasında qalmaqal: - Azər Qocayev Qədir İsmayılovu niyə işdən çıxarıb

Tarix:21-09-2023, 08:35
Baxış Sayı:6

İcra başçısı ilə keçmiş məmur arasında qalmaqal: - Azər Qocayev Qədir İsmayılovu niyə işdən çıxarıb


Kəlbəcər rayonunun Bağlıpəyə kəndinin keçmiş icra nümayəndəsi Qədir İsmayılov Kəlbəcər Rayon İcra Hakimiyyətini məhkəməyə verib.

ictimailider.az Qaynarinfo-ya istinadla xəbər verir ki, onun iddiası Gəncə İnzibati Məhkəməsinin hakimi Firkət Hüseynovun icraatındadır. Qədir İsmayılov işə bərpa olunmasını tələb edir.

Qaynarinfo məsələnin təfərrüatlarını öyrənmək üçün keçmiş icra nümayəndəsi ilə əlaqə saxlayıb. Qədir İsmayılov bizimlə söhbətində bildirib ki, avqustun 23-də işdən çıxarılıb.

"Məni gecə növbətçi yazmışdılar. Vaxtında çata bilməmişdim. İcra başçısı bunu əsas gətirib işdən çıxarıblar”, deyə keçmiş icra nümayəndəsi əlavə edib.
Ətraflı

O, icra başçısının bu qərarını ədalətsiz hesab edir: "Mən həmin olaya qədər işimdə nöqsana yol verməmiş. Bu birinci hal idi. Xəbərdarlıq edilə, töhmət verilə bilərdi. Amma dərhal işdən çıxarıblar”.

Qədir İsmayılov icra başçısının ona qarşı bu sayaq münasibətinin səbəbini anlamadığını deyib. "Bilmirəm nə üçün belə edib. Ona görə də məhkəməyə müraciət etmişəm”, deyə keçmiş icra nümayəndəsi bildirib.

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevdir. O, 2020-ci ildən bu vəzifədədir.

Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
“TikTok”da məşhurlaşan model həbs edildi
“TikTok”da məşhurlaşan model həbs edildi
AAAF Parkda qalmaqal: Vüqar Sədizadə dövlət atributlarını dayanacağa qoydurdu (FOTO/VİDEO)
AAAF Parkda qalmaqal: Vüqar Sədizadə dövlət atributlarını dayanacağa qoydurdu (FOTO/VİDEO)
Prezident Maqsud İbrahimbəyovla bağlı sərəncam imzaladı
Prezident Maqsud İbrahimbəyovla bağlı sərəncam imzaladı
Sən POZ, "Azərlotereya" QAZANsın - Yığılan pulun neçə faizi şəxsi ciblərə axır?
Sən POZ, "Azərlotereya" QAZANsın - Yığılan pulun neçə faizi şəxsi ciblərə axır?
İİNSANIN LƏYAQƏTİ ONUN GÜNDƏLİK ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLÜR
İİNSANIN LƏYAQƏTİ ONUN GÜNDƏLİK ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLÜR
Türkanda qanunsuz qanunsuz daş karxanası:Aidiyyatı qurumlar Vüsal Əsgərova himayədarlıq edir?
Türkanda qanunsuz qanunsuz daş karxanası:Aidiyyatı qurumlar Vüsal Əsgərova himayədarlıq edir?