Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Rəşad Musayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Rəşad Musayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Rəşad Musayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevdi.
Rəşad Musayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Rəşad Musayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Rəşad Musayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Rəşad Musayevdan danışdılar yaxşı ki, Rəşad Musayev Mil-Muğan Regional Təhsil İdarəsinin müdiridi… Rəşad Musayev öz isguzarlığı ilə tanınır və seçilir….
Rəşad Musayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Rəşad Musayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Rəşad Musayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Rəşad Musayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Rəşad Musayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Rəşad Musayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Rəşad Musayev özünü doğruldub. Bizdə hörmətli Rəşad Musayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.