kanal1

Azərbaycanda qadın əri və sevgilisi ilə birlikdə içki məclisi qurdu — Gecəyarısı isə...

Tarix:25-07-2023, 08:49
Baxış Sayı:20

Azərbaycanda qadın əri və sevgilisi ilə birlikdə içki məclisi qurdu — Gecəyarısı isə...

Sumqayıt şəhərində 1986-cı il təvəllüdlü Samir münaqişə zəminində həyat yoldaşı Vüsaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Hadisə Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki fərdi bağ evində baş verib.

Samir həmin evdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı əl və yumruqla qeyri rəsmi həyat yoldaşı Vüsalənin başına, bədəninə, sonra isə taxta parçası ilə kürəyinə, qollarına və ayağına vurub.

Hadisəni törədən Samirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, 2010-cu ildə Bahar ilə rəsmi ailə həyatı qurub, birgə nigahlarından 2011 ci il təvəllüdlü 1 qız övladı olub:

“Ailəm ilə içki aludəçisi olduğuma görə mübahisə nəticəsində boşanmışam. Boşandıqdan sonra 2022-ci ilin yanvarında Vüsalə ilə tanış oldum. Birgə yaşadığım müddətdə rəsmi nigaha daxil olmadım. Qeyri-rəsmi münasibətimiz zamanı oğlan övladımiz dünyaya gəldi. Adını Səfər qoydum. Övladım olduqdan sonra Vüsalə mənimlə kobud rəftarlar etməyə başladı. Sonra başqa bir şəxslə əlaqəsinin olmasından şühələndim. Vüsalədən soruşduqda boynuna almadı. Sonra isə həmin şəxsin Cəlil olduğunu öyrəndim. Cəlillə əlaqə saxladış Cəlil həyat yoldaşının xəstə olduğunu və Vüsalə ilə təzə tanış olduğunu bildirdi. İnanmadığım üçün Cəlili yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə gedərək həqiqətən yoldaşının xəstə olduğunu gördüm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Cəlilə Vüsalədən uzaq durmağını bildirməsinə baxmayaraq onunla münasibətlərinin davam etdirib:

“Buna görə də ona mane ola bilməyəcəyimi başa düşdüm. Hadisə günü, saat 22 radələrində müvəqqəti yaşadığım Novxanı bağlar massivində evdə olan zaman Cəlilin əlində araq şüşəsi ilə həyətə girdiyini gördüm. Vüsalədən Cəlilin niyə bura gəldiyini soruşdum. Vüsalə özü zəng edib çağırdığını dedi. Sonra birlikdə oturub evdə yeyib içdik. Həmin vaxt artıq gecəyarısı oldu”.
Samir bildirib ki, gecə təxminən saat 4 radələrində sərxoş olduğu üçün Cəlillə mübahisə edib: “Cəlil mənə cavab vermədiyi üçün qeyri rəsmi yoldaşım Vüsalənin üzərinə gələrək yumruqla onun başına və bədəninə vurdum. Vüsalə həyətə qaçanda arxası ilə getdim. Həyətdə yerdə olan taxtanı götürərək Vüsalənin kürəyinə, qollarına və ayağına vurdum. Sonra isə sakitləşib bir kənarda oturdum”.

İş üzrə zərərçəkmiş Vüsalənin sözlərinə görə, 2022-ci ilin yanvarında Samir ilə tanış olub:

“Lakin nigaha daxil olmadıq. Onunla molla kəbini kəsdirdik. Samir ilə birgə yaşadığım müddətdə övladımız oldu. Həmin vaxtdan Sumqayıt şəhərinin bir neçə ünvanlarında kirayə qaldıq. Yaşadığım müddətdə mütamadi olaraq Samir spirtli içki qəbul edərək mənimlə mübahisə və münaqişələr yaradıb. Buna görə də 2022-ci ilin sentyabrında özümdən yaşca böyük Cəlil adlı şəxslə tanış oldum. Onunla münasibət yaratdım. Sonra bu münasibət barədə Samirə məlumat verdim. Ona görə də onları bir-biri ilə tanış etdim. Bizim münasibətimiz belə davam etdi”.

Zərərçəkmiş qeyd edib ki, hadisə günü Cəlilə zəng edib və yaşadığı Novxanı bağlar massivinə dəvət edib:

“Cəlilə gələndə marketdən araqa almasını dedim. Cəlil təxminən saat 21 radələrində yaşadığım bag evinə gəldi. Orada yoldaşım Samir ilə oturub yeyib içdilər. Sonra Samir sərxoş vəziyyətdə Cəlili təhqir etdi. Lakin Cəlil ona cavab vermədi. Mübahisə başlayanda artıq gecə saat 4 radələri idi. Samir mənə tərəf gələrək yumruqla başıma və bədənimə vurdu. Samirin əlindən qaçaraq həyətə çıxdım. Bu zaman Samir arxamca gəldi və yerdən götürdüyü taxta parçası ilə kürəyimə, qollarıma və ayağıma vurdu. Həmin zaman Cəlil isə azyaşlı övladımı ağladığına görə qucağına alaraq saxladı. Münaqişə təxminən 10-15 dəqiqə davam etdi. Sonra hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum, məlumat verdim”.

İş üzrə şahid qismində ifadə verən Cəlilin sözlərinə görə, 2022-ci ilin sentyabrında Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzi ərazisində olan zaman bir qadın ona yaxınlaşaraq qida almasını və ac olmasını bildirib:

“Mən də həmin qadına tərəvəz aldım və cibinə 25 manat qoydum. Sonradan həmin qadının Vüsalə olduğunu bildim. Vüsalə ilə söhbət edərkən münasibətimiz alındı və ondan əlaqə nömrəsini götürdüm. Bundan sonra münasibətlərimiz davam etdi. Söhbət əsnasında Vüsaləyə evli olduğumu, lakin yoldaşımın xəstə olması səbəbi ilə onunla fikrimin ciddi olduğunu, onunla evlənmək fikrində olacağımı bildirdim. Vüsalənin buna münasibəti yaxsı oldu. Lakin Vüsalə Samir adlı bir şəxslə qeyri rəsmi evli olduğunu bildirdi. Məni Samir ilə tanış edəcəyinə söz verdi. Sonra Samir ilə məni tanış etdi. Samir də mənim Vüsalə ilə münasibətimə normal baxdı”.

Şahid qeyd edib ki, hadisə günü Vüsalə ona zəng edib və qaldıqları Novxanı bağlarına gəlməsini, bir ədəd də araq almasını deyib:

“Təxminən saat 21-22 radələrində Vüsalənin qaldığı bağa gəldim. Həmin vaxt Samir evdə oldu. Saat 24-ü keçəndən sonra Samir ilə oturub yeyib içdik. Gecə təxminən saat 4 radələrində Samir sərxoş vəziyyətdə mənə təhqiredici sözlər işlətdi. Lakin mən Samirə cavab vermədim. Mənim cavab verməməyimdən əsəbləşən Samir Vüsalənin üzərinə getdi. Yumruqla Vüsalənin başına və bədəninə vurdu. Bu zaman Vüsalə qışqıraraq həyətə çıxdı. Samir isə Vüsalənin arxasınca həyətə çıxdı, həyətdə yerdə olan taxtanı götürərək Vüsalənin qoluna, belinə və ayagına vurdu. Onların mübahisəsi zamanı Vüsalənin azyaşlı övladı ağladığı üçün uşağı qucağıma alaraq saxladım”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Samir 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə axşam saat 23.00-dan növbəti gün saat 07.00-dək yaşadığı ünvanı tərk etməmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılıb./demokrat.az

Rusiyaya qarşı sanksiyaları genişləndirdilər
Rusiyaya qarşı sanksiyaları genişləndirdilər
Rusiyaya qarşı sanksiyaları genişləndirdilər
Rusiyaya qarşı sanksiyaları genişləndirdilər
“20 Yanvar”dan Sumqayıta yeni avtobuslar istifadəyə verilir
“20 Yanvar”dan Sumqayıta yeni avtobuslar istifadəyə verilir
“20 Yanvar”dan Sumqayıta yeni avtobuslar istifadəyə verilir
“20 Yanvar”dan Sumqayıta yeni avtobuslar istifadəyə verilir
Gürcüstanda situasiya nəzarət altındadır - Baş nazir son durumu AÇIQLADI
Gürcüstanda situasiya nəzarət altındadır - Baş nazir son durumu AÇIQLADI
Qulu Məhərrəmli: Alışanov televiziyanın onurğasını qırdı
Qulu Məhərrəmli: Alışanov televiziyanın onurğasını qırdı
Paşinyanın qarma-qarışıq halı - Rusiya ilə Qərb arasında vurnuxan İrəvan - ŞƏRH
Paşinyanın qarma-qarışıq halı - Rusiya ilə Qərb arasında vurnuxan İrəvan - ŞƏRH
İtlər sahibini parçalayaraq öldürdü
İtlər sahibini parçalayaraq öldürdü