kanal1

Sərnişinlərdən bilet qiymətindən əlavə ÖDƏNİŞ tələb edilir - Bakı Avtovağzalında ÖZBAŞINALIQ

Tarix:12-05-2023, 12:21
Baxış Sayı:13

Sərnişinlərdən bilet qiymətindən əlavə ÖDƏNİŞ tələb edilir - Bakı Avtovağzalında ÖZBAŞINALIQ

Bakı Beynəlxalq Avtovağzal Kompleksində şəhərlərarası və rayonlararası avtobus marşrutları üçün müəyyən edilən sərnişin biletləri qiymətindən baha satılır.

ictimailider.az bildirir ki, bununla bağlı Bizim.Media-ya bu halla üzləşən sərnişinlərdən biri müraciət edib.

Dediyinə görə Avtovağzal Kompleksinin kassasında sərnişinlərdən getdiyi istiqamət üzrə bilet qiymətindən əlavə 2-3 manat məbləğində ödəniş tələb olunur.

Şikayətçi sərnişinin sözlərinə görə analoji halla mayın 6-sı qarşılaşıb:

“Həmin gün üçün Bakı-Qaradağlı marşrutu üzrə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassasından bilet aldım. Biletin qiyməti 11 manat 70 qəpik olduğu halda kassir Samirə Həsənova məndən 12 manat 50 qəpik aldı. 80 qəpiyə görə üz vurmadım.

Yanımda başqa bir sərnişin isə Bakı-Bərdə marşrutu üzrə bilet sifariş etdi. Biletin qiyməti 10 manat olduğu halda ondan 12 manat aldılar. Amma sərnişin yerindəcə etirazını bildirdi və əlavə alınan ödənişi geri tələb etdi. Əslində düz də etdi. Bu nə deməkdir?

Hər sərnişindən 1-2-3 manat əlavə ödəniş almaq görün hara vurur? Məsafəyə uyğun sərnişin biletlərinin rəsmi tarifləri var. Niyə kassirlər qanunsuzluq edib özbaşına addım atırlar? Rəsmi qurumun bundan mütləq xəbəri olmalıdır. Niyə əsassız yerə bəzilərinin ciblərinə xidmət etməliyik?”

Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sözçüsü Pərvanə Əliyeva Bizim.Media-ya açıqlamasında sərnişin şikayəti üzrə araşdırma aparacaqlarını bildirib.
Qeyd edək ki, bu il fevralın 3-də Tarif Şurasının qərarı ilə şəhərlərarası avtobus marşrutlarındakı qiymətlər bahalaşıb. Rayonlararası marşrutlarda tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub.

Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Balababa Rzayevin İllərlə qazandığı hörmətə ləkə salmaq görəsən kimlərə xeyir gətirəcək?...
Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Balababa Rzayevin İllərlə qazandığı hörmətə ləkə salmaq görəsən kimlərə xeyir gətirəcək?...
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir