kanal1

“Golden Kids Fashion” yarışmasında saxtakarlıq - Yarışmanı satırlar?

Tarix:3-05-2023, 18:01
Baxış Sayı:16

“Golden Kids Fashion” yarışmasında saxtakarlıq - Yarışmanı satırlar?


Bir neçə gündür ki, “Golden Kids Fashion” təşkilatının uşaqlar arasında model yarışmasına start verilib. Uşaqlar arasında təşkil olunan model yarışması medianın gündəmindədir və şounun kifayət qədər izləyicisi var. Yarışmanın mayın 6-da keçiriləcək yarışmanın açıq-aşkar saxtakarlığının şahidi oluruq.

Belə ki, "Azərbaycan Reallığı"na daxil olan məlumata görə yarışmaya bir neçə gün qalmış sosial şəbəkə üzərindən sorğu keçirən təşkilat açıq şəkildə saxtakarlığa imza atıb.

Səhər saatların nəzarətimizdə olan təşkilatın “Golden_kids_fashion” instagram səhifəsində rəhbərliyin tərəfkeşliyi və təşkilatçının saxtakarlığı sayəsində İsayev K. adlı uşaq günün birinciliyini qazanıb. Müşahidələrimiz onu göstərir ki, səhifəyə hacker vasitəsilə müdaxilə olunur və adı qeyd olunan uşağın şəkilinin bəyənmə sayı süni şəkildə artırılır.

Görünən odur ki, təşkilatçı bilərəkdən baş verən neqativ hala göz yumur və qanunsuzluğa imza ataraq, digər yarışmacıların haqqına girir. Qaydalara görə, hansı uşaq çox bəyənmə alarsa O, sosial şəbəkə üzərindən qalib elan olunur.

Lakin təşkilatçıların nəyinsə müdaxiləsi nəticəsində haqlı olan uşaqlar haqsız duruma düşür və sonda məğlub elan olunur. Həmişə yarışmada ədalətli rəqabət gözləyən sosial şəbəkə istifadəçiləri bu dəfə də normal mübarizə gözlədikləri anda xəyal qırıqlığına uğradılar. Nədənsə təşkilatçılar, türklər demiş “bu oyunun içinə etdi”…

Səhifəyə daxil olan sosial şəbəkə istifadəçiləri açıq-aşkar saxtakarlığının şahidi oldular. Qaydaları pozan və hərəkətlərinə görə yarışması etibarsız sayılmalı olan təşkilatçılar şəxsi maraqlar naminə oyunu qurban verdilər. Yarışmanın finalındakı bu cür ədalətsizlik, haqsızlıq və saxtakarlığa təkcə sosial şəbəkə istifadəçiləri deyil, hətta media nümayəndələri də etiraz edirlər.

Görünən odur ki, təşkilatçılar canfəşanlıq edərək bu saxtakarlığa bəraət qazandırmağa, haqsızlığa don geyindiməyə çalışırlar. Haqsız olaraq yarışmadan qanunsuz şəkildə məğlub duruma düşürülən digər yarışmacılar öz etirazını təşkilatçıya bildirməli və təqdim olunacaq hədiyyələrdən imtina etməlidir.

Qaydaları pozmaqla uduzan iştirakçı olan K.İsayev niyə günün qalibi elan edildi, nə səbəbə ona “dəstək” verildi, nə üçün yarışmada saxlanıldı…? Bu sualların cavabını yəqin ki, saxtakarlıq edən təşkilatçıdan və bir də tərəfkeşlik nümayiş etdirən təşkilatçının şəriklərindən başqa heç kim bilmədi…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AZƏRBAYCANREALLIĞI.COM

Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
COP29 zolaqlarındakı yol nişanları sökülür
COP29 zolaqlarındakı yol nişanları sökülür
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO