kanal1

Tikinti biznesinə girən bu məmur camaatın başına oyun açır - İTTİHAM VAR!

Tarix:11-04-2023, 17:14
Baxış Sayı:12

Tikinti biznesinə girən bu məmur camaatın başına oyun açır - İTTİHAM VAR!


“Məmləkətdə artıq heç nə təəccüb doğurmur, deməli, XİN kimi vacib orqanın Dövlət qurumunun Həmkarlar Təşkilatının indiki sədri, nazirliyin Avropa ölkələri ilə iş üzrə bölməsinin yüksək vəzifəli keçmiş məmuru Elxan Azayev tikinti “baronu” imiş. O, çoxsaylı binalar tikib, milyonlarla pul qazanıb, hələ bir “Diplomat 2008” adlı şirkət də qurub (çox “kreativ” adamdır, şirkətin adından bəllidir). Şirkətə “Ağ Şəhərdə” də bina tikməyə yer veriblər”.

ictimailider.az gununsesi.info-ya istinadla xəbər verir ki, bunu tanınmış iqtisadçı Natiq Cəfərli deyib: “Onu da deyim ki, hər adama orada inşaat aparmağa icazə vermirlər. Şirkət 2014-də həmin binanın tikintisinə başlayıb, hələ də tamamlamayıb, sahiblərinə təslim etməyib, 9 ildir camaata mənzil yox, yalan satmaqla məşğuldur – binanın eyvanlarında işlər tamamlanmayıb, binada abadlıq işləri yekunlaşdırılmayıb, mənzillərin giriş qapıları qoyulmayıb, binanın 3 fazalı elektirik xətti birləşdirilməyib, layihədə olmasına baxmayaraq binaya generator qoyulmayıb, liftlər işlək vəziyyətə gətirilməyib, binaya qaz verilməyib”.

Cəfərli deyir ki, binadan mənzil alan vətəndaşların səsini duyan, problemini həll edən heç bir orqanda hələ ki, yoxdur: ” Belə məsələləri görəndə insanın gələcəyə olan inamı sarsılır. İstənilən ölkədə hüquq-mühafizə, XİN və Məhkəmə sistemi qüsursuz, rüşvətsiz, korrupsiyasız işləyəndə məmləkət, ərazi əsl Dövlətə çevrilir, digər sahələrdə müəyyən qüsur və axsamaları yola vermək olar, amma məhz sadaladığım orqanlar doğru-dürüst işləməyəndə Dövlətin gələcəyinə təhdid yaranır”.

Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
Ağdaşda ailə faciəsi: Qardaş qardaşı öldürdü
Ağdaşda ailə faciəsi: Qardaş qardaşı öldürdü
Aptek müdürü işçisini vəhşicəsinə döydü - VİDEO
Aptek müdürü işçisini vəhşicəsinə döydü - VİDEO
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb