kanal1

"Bu boyda ölkənin Endokrinoloji Mərkəzinin gördüyü işə baxın" - BU NƏDİ BELƏ?

Tarix:1-04-2023, 12:27
Baxış Sayı:5

"Bu boyda ölkənin Endokrinoloji Mərkəzinin gördüyü işə baxın" - BU NƏDİ BELƏ?

"Dünən oğlum Respublika Endokrinoloji Mərkəzində yenidən qan verməli oldu. Bu dəfə ac qarına. Mərkəzin baş tibb bacısından xahiş etdim ki, qanı daha təcrübəli və peşəkar tibb bacısı götürsün. Çünki keçən dəfə götürənlər uşağın qollarını dəlmə-deşik etdilər və götürdükləri qan da özlərinin dediyinə görə laxtalandı, cavabı da çıxmadı". DİA.AZ bildirir ki, bu barədə şikayətində Nadir Qocabəyli qeyd edr.
N.Qocabəyli daha sonra davam edir: "Uzun çək-çevirdən sonra həqiqətən peşəkar bir tibb bacısı tapıldı və qanı çox asanlıqla götürdü. Biz də təşəkkür edib, evə gəldik.

Bu gün saat 12-də getdik cavabı almağa. Təsəvvür edə bilməzsiniz nə oldu. Xeyli növbədə dayandıqdan sonra məlum oldu ki, cavab yenə çıxmayıb. Niyə? Səbəbini bizə demədilər və həkimin köməkçinin gəlməsini tələb etdilər.

Həkimə dedim və köməkçisini birtəhər axtarıb tapdıq. Məlum oldu ki, qanın doldurulduğu flakonu səhv salıblar. Yəni tibb bacısı qanı qısa, həm də başlığı göy rəngdə olan qaba çəkməliymiş, amma uzun və başlığı qırmızı rəngdə olan qaba çəkib.
Dedim, bacılar, nə fərqi var axı. Qabın üstünə gözümün qabağında barkod yapışdırıldı, uşağın adı dəftərə yazıldı. Dedilər indi axtarıb taparıq, tapsaq, çıxaracağıq, tapmasaq, gərək yenidən qan versin.

Oğlum da, mən də dilxor olduq. Bu boyda ölkənin Endokrinoloji Mərkəzinin gördüyü işə baxın. Bir yandan da dalağım sancdı. Bəlkə bizimilə oyun oynayırlar? Ancaq səbrimi basıb, işin sonunu gözlədim. Çünki məni təxribata da çəkə bilərdilər. Yəni əsəbləşib, dava salım, bunlar da polis çağırsın. Bunlardan nə desən gözlənir...

Yarım saatdan sonra dedilər ki, qan tapılıb, bir saat gözləyin cavab çıxsın. Bir saatdan sonra dedilər ki, 3 nəticədən biri çıxıb, əgər həkim yekun diaqnozu ona əsasən qoya bilərsə, digər ikisini heç çıxarmayaq. Ancaq həkim bununla razılaşmadı, dedi ki, voenkomat onu qəbul etməyəcək və yenidən göndərəcək. Həkimin (adı Mehriban Aslanova) bu mövqeyi xoşuma gəldi doğrusu. O razılaşsaydı da, mən razılaşmayacaqdım.

Yenə dedilər ki, əgər T1 və T2-ni çıxarmaq üçün plazma az olsa, gərək uşaq yenidən qan versin. Yarım saat gözləyin, məlum olacaq. Yarım saat da gözlədik və bəlli oldu ki, bütün nəticələr çıxıb və qan verməli olmayacağıq. Üstümüzdən dağ götürldü.

Həkim diaqnozu yazıb, imzalayıb verdi. Möhür vurdurub götürdük Bazar ertəsi, inşallah, Suraxanı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinə verəcəyik.

Ancaq həkimin verdiyi sənəddə müəyyən uyğunsuzluqlar var. Məsələn, xəstənin şikayətləri arasında səhərlər ayaqlarının şişməsi, ürək döyüntüsünün olması qeyd olunmayıb. Halbuki bunları oğlumdan soruşdu və o da təsdiq cavabı verdi. Yəni bu cür şikayətləri olduğunu dedi.

Mehriban Aslanova xanım oğluma 3 dərmandan ibarət resept yazdığı halda, verdiyi çıxarışda onlardan yalnız birinin adını qeyd edib. Bizə "Eutiroks-75" qəbul etməli olduğunu dediyi halda, çıxarışa "Eutiroks-50" yazıb.

İnşallah, bunlar Suraxanı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi hərbi-tibbi komissiyasının yekun qərarına təsir etməz. Edərsə, təkrar müayinə tələb edəcək və paralel olaraq özəl tibb müəssisələrindən birində müayinədən keçəcəyik.

Bir skeptik olaraq iki qan analizinin cavablarının vaxtında çıxmamasından ciddi şəkildə şübhələnir, bunu təsadüf saymıram. Həkimin qanın laxtalanmasını toxluqla əlaqələndirməsi də doğru deyilmiş. Bunu bu gün araşdırdım. Məlum oldu ki, zob üçün tox qarına da analiz vermək olar.
Bir sözlə müəmmalı məqamlar çoxdur. Ancaq mənimlə oynamaq lazım deyil. Kim oynayacaqsa, başı ağrıyacaq. Başımı ağrıdanın başını ağrıdacağam. dia.az

31 mart, 2023-cü il"

Məsələ ilə bağlı olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...

Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
Ağdaşda ailə faciəsi: Qardaş qardaşı öldürdü
Ağdaşda ailə faciəsi: Qardaş qardaşı öldürdü
Aptek müdürü işçisini vəhşicəsinə döydü - VİDEO
Aptek müdürü işçisini vəhşicəsinə döydü - VİDEO
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün Kəlbəcər Şəhəri Günüdür