kanal1

Qarabağ erməniləri Azərbaycanın tərkibində daha yaxşı yaşayacaqlar – İlham Əliyev

Tarix:9-03-2023, 15:12
Baxış Sayı:4

Qarabağ erməniləri Azərbaycanın tərkibində daha yaxşı yaşayacaqlar – İlham Əliyev


Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı bundan sonrakı dövrdə əvvəlkindən daha yaxşı olacaq. Bu barədə prezident İlham Əliyev martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılışında çıxışında bildirib.

Azərbaycanda müxtəlif xalqların və konfessiyaların nümayəndələri layiqli və dinc şəraitdə yaşayır. Buna görə əminəm ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı bundan sonrakı dövrdə işğal dövründə olduğundan daha yaxşı olacaq, deyə o qeyd edib.

Azərbaycanın Ermənistanla münaqişəsinin nizamlanmasına toxunan Əliyev Yerevanın Bakı ilə sülh müqaviləsi imzalamaq şansından istifadə edəcəyinə ümid etdiyini bildirib.

“Müharibə başa çatdıqdan dərhal sonra 2020-ci ilin noyabrında biz sülh danışıqlarına başlamaq təşəbbüsü irəli sürdük və Ermənistanla sülh müqaviləsi bağlanması üçün əsas ola biləcək beş prinsipi təqdim etdik. Ümid edirik ki, bu məsələyə kömək etməyə çalışan beynəlxalq aktorlar Ermənistanı bu şansı əldən verməməyə razılaşdıracaqlar”, deyə Əliyev bildirib.

O, həmçinin Azərbaycanın Avropada enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunub. “2021-ci ildə biz 19 mlrd. kubmetr qaz ixrac etmişik, bu il bu həcm 24 mlrd. kubmetrdən çox təşkil edəcək və bu həcmin yarısı Avropaya tədarük olunacaq.

Biz qaz yataqlarımıza investisiyalarımızı artırırıq. Ukrayna-Rusiya müharibəsinin başlamasından sonra biz 10 Avropa ölkəsindən qaz tədarükünün artırılması haqqında tələb aldıq və bunu edirik”, deyə Əliyev bildirib.

Qeyd edək ki, “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu 9-10 mart tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilir. Forumda 60-dan çox ölkənin 350-dən çox nümayəndəsi iştirak edir.

Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” –3 milyonluq gübrə ilə
Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” –3 milyonluq gübrə ilə
İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ
İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
Ağdaşda ailə faciəsi: Qardaş qardaşı öldürdü
Ağdaşda ailə faciəsi: Qardaş qardaşı öldürdü
Aptek müdürü işçisini vəhşicəsinə döydü - VİDEO
Aptek müdürü işçisini vəhşicəsinə döydü - VİDEO
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...